Tacikistanda saqqal saxlamaq üçün “icazə” satırdılar

28 Nisan 2015
1 253
0
Tacikistanda saqqal saxlamaq üçün “icazə” satırdılar
Tacikistanda saqqal saxlamaq üçün “icazə” satırdılar

Bir qrup fırıldaqçı axtarışa verilib.

Tacikistanın hüquq-mühafizə orqanları saqqal və hicaba “icazə” satan bir qrup fırıldaqçını axtarışa verib.

Bu barədə “İnterfaks” Respublikanın dini işlər üzrə komitəsinə istinadən xəbər verir.

Sənəd laminasiya edilmiş karta bənzəyir, orada ad, doğum tarixi, şəxsiyyət vəsiqəsinin nömrəsi, eləcə də sahibinin fotoşəkili yerləşdirilir. Sertifikat səlahiyyətli şəxsin möhürü və imzası ilə təsdiq edilib. Belə vəsiqənin qiyməti 250 somonidir (2 min rubla yaxın).

Komitədə bəyan ediblər ki, bu qəbildən olan lisenziyaların verilməsi dövlət hakimiyyətinə qarşı və islama kölgə salmağa istiqamətlənib, saqqal və hicab üçün vəsiqə verilməsi ideyası isə tam bir cəfəngiyyatdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.