Bakıda qeyri-adi dayanacaq – VİDEO

01 Mayıs 2015
1 362
0
Bakıda qeyri-adi dayanacaq – VİDEO
Bakıda qeyri-adi dayanacaq – VİDEO
Sərnişinlər hətta pulsuz çay da içə bilərlər.

Paytaxtın Binəqədi rayonu ərazisində bir-birindən fərqli üslubda dayanacaqlar quraşdırılıb.

Burada sərnişinlər hətta pulsuz çay da içə bilərlər. Əməkdaşlarımızın həmin dayanacaqlardan reportajını izləyin.

Bakıda bir-birindən fərqli üslubda yeni dayanacaqlar quraşdırılıb. Yeni dayanacaqlar həm rahatlığına, həm də xidmətinə görə digərlərindən fərqlənir.

Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən quraşdırılan bu dayanacaqları Sulutəpə qəsəbəsinə gedən yolda, Hökməli dairəsi yaxınlığında görmək mümkündür.

Məsələn, sarı rəngli dayanacaq ilk baxışdan sərnişin avtobusuna oxşayır.

Digər bir dayanacaq isə piramida formasındadır. Bu dayanacaqda isə paytaxt Bakıda ilk dəfə olaraq sərnişinlər avtobus gözləməklə yanaşı pulsuz çay da içə bilərlər.

Başqa bir dayanacaq isə taksi sürücülərinə xidmət edir.

Binəqədi rayonu İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Nuridə Allahyarova deyir ki, Avropa Oyunları ərəfəsində rayon ərazisində bu cür fərqli üslubda dayanacaqların quraşdırılması davam etdiriləcək.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.