MaraqLi FaktLar /1

05 Mayıs 2015
1 204
0
MaraqLi FaktLar /1
MaraqLi FaktLar /1


Ən dərin okean hansıdır?
Okeanlar bizim üçün həmişə sirr-sehr dolu bir aləm olublar. Ola bilər ki, ümumiyyətlə Yer yarananda hələ heç okean olmayıb. Bu gün insan okeanın dibində olanları öyrənmək istəyir və öyrənir. Okean dibinin altı kilometr hündürlüyündə dərin qatı dəniz heyvanlarının sümüklərindən, bitki qalıqlarından, vulkan külündən ibarətdir. Bu qat «qırmızı palçıq» adlanır.
Okeanlar həmişə öyrənilir, onların dərinliyi ölçülür. Ən dərin okean Sakit okeandır. Onun dərinliyi 11022 metrdir.



Neft nədir
Neft cəmiyyətə çox xeyir verir. Onun köməyi ilə biz işıq, isti alırıq. Neftin vasitəsilə maşınlar, traktorlar, təyyarələr, gəmilər hərəkətə gəlir. Neftsiz hərəkətlərini dayandırırlar.

Neft nədir? Neft sözü bizə latın dilindən gəlib. “Daşlı yağ” deməkdir. Alimlər belə hesab edirlər ki, neft çox-çox illər bundan qabaq isti okeanlarda yaşamış heyvan və bitkilərdən əmələ gəlmişdir. Heyvan və bitkilər tədricən məhv olaraq təbəqə yaratmışlar. Bu təbəqənin isə üstünü qum örtüb bərkitmişdir. Yüksək təzyiqlərdən həmin neft məhsulu suyun dibində çox qala bilmir, müəyyən vaxtdan sonra yenə də təzyiqlə çıxır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.