Limitsiz inkişaf üçün 100 parlaq fikir

07 Mayıs 2015
2 059
0
Limitsiz inkişaf üçün 100 parlaq fikir
Limitsiz inkişaf üçün 100 parlaq fikir

Limitsiz inkişaf üçün 100 parlaq fikir

Hər gün sizi həyəcanlandıracaq bir şeylər edin.
Əyləncəli bir dostunuzula macəra dolu bir yerə gedin. ( Məsələn, Lunaparka)
Heç yemədiyiniz yeməkləri dadın.
Heç tanımadığınız birinə salam verin.
Seçiminizin tamamilə xaricində olan bir kitab oxuyun.
Səbəbsiz yerə gülümsəyin, bu, beyninizin xoşbəxtlik köşəsinə stimul verəcək.
Alışqanlıqlarınız və zövqləriniz xaricində bir xobbiniz olsun.
Sosial bir şəbəkəyə daxil olun və nizamlı olaraq paylaşım edin.
Qarşılaşdığınız insanlara qarşı nəzakətli bir davranış edin.
Probleminizlə dərhal üzləşin və mümkün qədər cəld bir şəkildə həll yolu axtarın.


Üzr istəməyi bacarın, gərək olmadığını düşündüyünüz zamanlarda belə.
Müəyyən intervallarla fərqli musiqi növləri dinləyin.
Başqalarının fikirləri ilə hərəkət etməkdən imtina edin, öz fikirlərinizi sahiblənin.
Enerji əmici vampirlərdən uzaq durun.
Heç bir şey üçün gec olmadığını bilin və o cür davranın.
Kiçik bir baxçanız olsun, öz tərəvəzlərinizi yetişdirin.
Evinizdə heç istifadə etmədiyiniz 100 şeyi tapın və ehtiyacı olan birilərinə verin.
Bir aylığa, sadəcə yaşamaq üçün ehtiyac duyduqlarınızı satın alaraq yaşayın.
Qarşınıza çıxan bir dilənçiyə pul verin, bir neçə şirin sözü də əsirgəməyin.
Bir sevgi şeiri yazın və sevdiyiniz insana oxuyun.


Həyat yoldaşınızla və ya uşaqlarınızla içinizdən gəldiyi kimi rəqs edin.
Köhnə məktəb dostlarınızla aylıq görüşlər təşkil edin.
Ata-ananıza, sizə verdiklərindən dolayı təşəkkür edən bir məktub yazın.
Səhər çayınızı və ya qəhvənizi də götürüb balkona çıxın və quş civiltilərini, yeni başlayan günün səslərini dinləyin.
Bir gündəlik tutun və hər gün şükür etdyiniz 5 şeyi qeyd edin.
Heç bir şey əbədi deyil. Pis bir şeydirsə, bu da keçər. Yaxşı bir şeydirsə, bu da keçər.
İşinizi sevmirsinizsə, onu dəyişdirmək üçün əlinizdən gələni edin. Həyat, 9 saatını xoşbəxt olmadığın bir iş yerində xərcləməyəcək qədər qısadır.
Digər insanların düşüncələrinə qulaq verin, xüsusilə də sizinlə zidd fikirdədirsə…
Özünüzü daha az ciddiyə alın, yüngülləşin və daha çox gülün.


Qarşıda neçə gününüz qaldığını düşünün və bundan sonra olmaq istədiyiniz insan olun, yaşamaq istədiyiniz həyatı yaşayın.
Televizoru söndürün, gərəksiz proqram və seriallardan bir müddət uzaq qalın.
Gündə 10 dəqiqə səssizcə oturun və nəfəsinizə fokuslanın. Zehniniz sakitləşsin.
Hər ay özünüzə bir hədəf seçin və hər gün onu reallaşdırmaq üçün bir iş planınız olsun.
Yaxınlarınıza hədəf və xəyalınızdan bəhs edin, sizi cəsarətləndirmələrinə izin verin.
Səhər, bir saat əvvəl oyanın.
Ertəsi günə olan planlarınızı unudun və bu an nə edirsinizsə, ona fokuslanın.
Dəyərlərinizi yazın; həyatınızın və işinizin bu dəyərləri yansıdıb yansıtmadığını yoxlayın.
Hər gün özünüzdən soruşun: ” Bu gün həyata nə qatmalıyam?”
Bir az səbrli olun; bir şeyi etmək çətin gəldiyi zaman imtina etməməyi öyrənin.



İş masanızı, otağınızı ya da ofisinizi təmizləyin; lazımsız şeylərdən arındırın.
Sizi məhdudlaşdıran inanclara “stop” deyin; “Edə bilmərəm, bacara bilmərəm, vaxtım yoxdur, yaşım keçdi, kifayət qədər bacarıqlı deyiləm…” kimi.
Yox deməyi öyrənin.
İşlər sizi boğanda, yardım və dəstək istəməkdən çəkinməyin.
Örnək aldığınız insanların yaşam hekayələrini öyrənin, dərslər çıxarın.
Çevrənizdə sizə dəstək olacaq və oxşar hədəfələri olan pozitiv insanlar olsun.
Daha çox meyvə və tərəvəz yeyin.
Hər gün 2-3 paket şirni..sağlamlıq üçün faydalı olmayan bir sıra qidalar yeyirsinizsə, bunu tək paketə endirin.
Digərlərinin haqqınızda nə düşündüyünü boş verin; onları idarə edə bilməzsiniz, hamısını birdən məmnun da edə bilməzsiniz.
Hər gün kənara bir neçə qəpik pul atın, ayın sonunda yığılan miqdarı görəndə təəccüblənəzəksiniz.


Bəzi vəziyyətlərdə e-mail əvəzinə telefonla zəng etməyi seçin.
Ayda bir neçə gün işdən evə hər zamankından daha tez gələrək sürpriz edin.
Zaman və imkanlarınız əl verdiyi ölçüdə qeyri-adi şeylər sınayın, həyatı kəşf edin.
Öz-özünüzə yetərli olmağı öyrənin; alış-veriş, gəzmək, problemlərlə üzləşmək kimi mövzularda hər zaman yanınızda birilərinin olmasına ehtiyac duymayın.
Sizdən kiçik və təcrübəsiz birilərinə bacılıq ya da qardaşlıq edin; yol göstərin, rəhbərlik edin.
Biyar işlərlə çox vaxt itirməyin.
Fikir alacağınız, məsləhətləşəcəyiniz güvənilən bir böyüyünüz olsun.
Hədəfinizə çatmağınızı əngəlləyən alışqanlıqlarınızdan qurtulun.
Kefsiz anlarınızda mübət ifadələrdən istifadə edin. Bunlar, zehninizin quruluşcu və pozitiv düşüncələrə fokuslanmağını təmin edər.
Hər gün yeni bir şey öyrənin. Bir məqalə oxuyun, internetdə araşdırma edin ya da yeni bir aforizm əzbərləyin.



İndiyədək təxirə saldığınız nə varsa, dərhal indi onu tamamlamaq üçün ilk addımı atın.
Qeyri- adi bir yemək resepti tapın, hazırlayın və sevdiklərinizə nuş ilə yedirin.
Əlçatan və ünsiyyətə açıq bir insan olun; bu daha çox fürsət deməkdir.
Yavaşlayın. Daha yavaş yeriyin, daha yavaş maşın sürün, daha yavaş yeyin və daha yavaş danışın.
Gözünüzü mükafatdan ayırmayın. Əngəllərlə qarşılaşdığınız zaman bu mükafat sizə motivasiya versin.
Uğursuzluğa bir dost kimi yaxınlaşın; bu, sınadığınızın işarəsidir. Heç uğursuzluğa düçar olmamaq heç sınamamaq deməkdir.
Yaşadığınız müsbət şeylərə fokuslanın, düşüncələrinizi neqativ təcrübələrinizdən uzaqlaşdırın.
Gözəl bir rəsm, gözəl bir çiçək, gözəl bir sənət əsəri üçün zaman ayırın, onu izləyin, ruhunuzu zənginləşdirməsinə icazə verin.
Sahib olmadıqlarınız haqqında üzülmək yerinə onlara çatmaq üçün səy göstərin.
Həyat sahənizi bəsitləşdirin, sadələşdirin, tullantılardan təmizlənin.


Mətbəx dolablarınızı, soyuducunun içini təmizləyin, sağlam olmayan yeməkləri və içkiləri atın, getsin.
Həftədə ən azı bir səhər gün doğumunu izləyin.
Köhnə peşmalıqlarınızın sizə gələcəyi unutdurmağına icazə verməyin; irəli baxın.
Hər gün bir qədər idmanla məşğul olun, heç olmasa piyada gəzinti.
Gözəl bir yazını ya da şeiri həyat yoldaşınıza və ya sevdiyiniz birinə yüksək səslə oxuyun.
Ayda bir dəfə dostlarınızı bir ev oyunu üçün dəvət edin. Monopoly, scrubble kimi.
Əlaqələrinizdə hər zaman təkcə qazanan olmağı yox, qarşılıqlı mənfəəti hədəfləyin.
İlk bağışlayan siz olun; kin və nifrətin yükündən ilk olaraq siz qurtulun, beləcə.
Bir ehtiyacınız, bir dərdinizmi var; həyat yoldaşınızla, ata-ananızla ya da dostunuzla bunu paylaşın.
Həyat yoldaşınızın, ata-ananınızın ya da dostunuzun ehtiyaclarını onlar söyləmədən anlamağa çalışın.


Cəmiyyət içində danışmaqdan, söz almaqdan çəkinməyin. İlk addımı atın, növbəti dəfə daha rahat olacaqsınız.
Düşünmək dəyərlidir amma bu düşüncəni həyata keçirmək üçün hərəkət etmək daha dəyərlidir.
Bir işə başlamağınız lazımdırsa, amma motivasiyanız kifayət qədər yüksək deyilsə, karvan yolda düzələr, deyərək yola qoyulun. Uğur kiçik – kiçik gəldikcə motivasiyanızın artdığını görəcəksiniz.
Unutmayın; ən böyük xoşbəxtlik, başqalarının həyatına bir şey qatmaqla gerçəkləşir.
Bu ana fokuslanın, keçmişin qandallarından, gələcəyin görünməz zəncirlərindən qurtulun.
Sizə ilham verən üfüq açıcı kitablar oxuyun.
Etdiyiniz işə, insanlara fayda verən bir xidmət gözü ilə baxın ya da işinizi o hala gətirin.
Başqaları üçün rol model olun; ərdəmli və örnək davranışlar sərgiləyin.
Həyatınızdakı hər şeyə, hər kəsə dəyər verin; çay qaşığı belə sizə xidmət edir, qiymətini bilin.
Xəyalınızın gerçəkləşdiyini görüntüləndirin, o zaman hiss edəcəklərinizi indidən hiss etməyə çalışın.


Həyata hər zaman maraqla yanaşın; soruşun, öyrənin, öyrəndiklərinizdən həyəcan duyun.
Ruhani liderlərin həyatlarını incələyin, sözlərinə qulaq verin.
Çox tez inciməməyi öyrənin, həyat hər zaman nazik davranmaz.
Özünüzə və ətrafınızdakılara qarşı nə qədər səmimi olduğunuzu görün. Səmimiyyətinizi maksimum səviyyəyə gətirməyə çalışın.
Hər zaman yeni başdan başlaya bilərsiniz; əsla bu son deyə düşünməyin.
Sevgiyə fürsət verin.


Hər səhər sevdiyiniz cümlələrin olduğu kitabdan bir cümlə oxuyaraq günü salamlayın.
Səhər telefonunuzun oyandırma siqnalı çalanda sizi qarşılayacaq gözəl bir cümlə yazın telefonunuza.
Dua edin; bu, bir şeyi ürəkdən istədiyinizi xatrıladar sizə.
İşiniz xaricində əlavə bir zehni məşğuliyyətiniz olsun; yeni bir dil öyrənmək, sınaqlarınızı qələmə qalmaq, fərqli bir kompüter proqramı öyrənmək, dizayn etmək kimi…
Gecə yatmadan öncə günün və indiyə qədərki həyatınızın qısa bir qiymətləndirməsini edin və başınızı yastığa dinc halda qoyacağınızdan əmin olun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.