"Qalatasaray" bombanı partladır

09 Mayıs 2015
1 169
0
"Qalatasaray" bombanı partladır
"Qalatasaray" bombanı partladır


Futbolçunun meneceri Zlatanın gələcək karyerası ilə bağlı açıqlama verib
Dünyanın ən məşhur hücumçularından olan Zlatan İbrahimoviç türk klubuna keçə bilər.

ANS PRESS-in məlumatına görə, futbolçunun meneceri Mino Raiola Zlatanın gələcək karyerası ilə bağlı maraqlı açıqlama verib. Ulduz futbolçunun PSJ ilə müqavilə uzatmaq istəmədiyini açıqlayan menecer Zlatana elçi düşən klubların adını açıqlayıb.

Karyerasında "Ayaks", "İnter", "Barselona" kimi klublarda oynayan və son olaraq Fransa klubunun formasını geyən İbrahimoviç bu dəfə isə yolunu Türkiyədən sala bilər.

İsveçli ulduzun meneceri Türkiyənin güclü klublarından "Qalatasaray" namayəndələri ilə görüşdüklərini açıqlayıb. Raiola bildirib ki, türk klubla yanaşı "Tottenhem""Milan" da futbolçunun imkanlarından yararlanmağa maraqlıdır.

Qeyd edək ki, İbrahimoviçin PSJ ilə 2016-ci ilə qədər müqaviləsi var. Ancaq fransızlar futbolçunu qalmaqallı açıqlamalarına görə, klubdan göndərmək istəyirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.