Moskvada Qələbə paradı keçirilir — CANLI YAYIM

09 Mayıs 2015
1 358
0
Moskvada Qələbə paradı keçirilir — CANLI YAYIM
Moskvada Qələbə paradı keçirilir — CANLI YAYIM

Moskvanın Qırmızı Meydanında 9 may Qələbə paradı keçirilir.

Feat.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada II dünya müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş təntənəli parad başlanıb.

Qələbə paradında 16500 hərbçi iştirak edir və onların arasında Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Türkmənistan, Hindistan, Serbiya, Çindən olan hərbçilər də var. Qırmızı meydanda parada fəxri qonaq qismində 2,3 min müharibə veteranı qatılıb. Qələbənin 70 illiyi münasibətilə 30 dövlət və hökumət başçıları, habelə beynəlxalq təşkilat rəhbərləri Moskvaya səfər edib.

Parad iki hissədən: tarixi və müasir hissələrdən ibarət olacaq. İkinci hissədə ən yeni silah və hərbi texnikalar təqdim olunacaq.

Təntənəli tədbirlər proqramı Qırmızı meydanda keçiriləcək axşam konserti ilə yekunlaşacaq.

Paraddan canlı yayımı sizə təqdim edirik:

Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.