Bakıda şokoladdan Qız qalası, Alov qüllələri

11 Mayıs 2015
2 707
0
Bakıda şokoladdan Qız qalası, Alov qüllələri
Bakıda şokoladdan Qız qalası, Alov qüllələri


Dünyanın ən böyük şokolad tablosu Bakıda təqdim ediləcək
Mayın 15-də Mədəniyyət və Turizm Nazirliyinin və Muzey Mərkəzinin təşkilatçılığı ilə Bakıda Nikolay Popovun “Nikolya” şokolad muzeyi” sərgisi açılacaq. Bu məşhur sərgi dünya turu çərçivəsində 40-dan çox ölkədə nümayiş olunub.

ANS PRESS-in məlumatına görə, 200 kvadratmetrlik məkanda nümayiş olunacaq sərgidə ümumi çəkisi 700 kiloqramdan artıq 250-dən çox yüksək keyfiyyətli şokolad məmulatı, o cümlədən marsipan heykəllər, şokolad tablolar, miniatürlər, kompozisiyalar nümayiş etdiriləcək. Sərgidə həmçinin şokoladın tarixi barədə maraqlı faktlarla tanış olmaq mümkündür.

Məşhur şokolad ustası Nikolay Popov bu sərgi üçün Azərbaycana və paytaxtımıza həsr olunmuş silsilə şokolad incəsənət əsərləri yaradıb. Bu sırada 70 kiloqramdan artıq “Qız Qalası”, habelə Hökumət evi, Muzey Mərkəzi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, “Alov qüllələri”, marisipan meyvə və güllər, şokolad manqal və digər əsərlər yer alıb.

Sərginin davam etdiyi müddətdə müəllif dünyada ən böyük şokolad tablonu – çəkisi 200 kiloqram olan şəkli təqdim edəcək. Bu əsəri müəllif “Bakı-2015” Birinci Avropa Oyunlarına həsr edib. Məşhur şokolad ustası xüsusi texnologiya ilə hazırlanmış eksklüziv şokolad suvenir məmulatlarını təqdim edəcək ki, bunlar sərgi dövründə reallaşdırılacaq. Öz əlləri ilə şokolad hazırlamaq istəyənlərə isə müəllif ustad dərsi keçəcək.

“Nikolya” şokolad muzeyi” sərgisinə 5 il ərzində 500 mindən çox adam baxıb.



Bakıda şokoladdan Qız qalası, Alov qüllələri

Bakıda şokoladdan Qız qalası, Alov qüllələri

Bakıda şokoladdan Qız qalası, Alov qüllələri

Bakıda şokoladdan Qız qalası, Alov qüllələri

Bakıda şokoladdan Qız qalası, Alov qüllələri
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.