Bu Gün “Google”un Ad Günüdür

04 Eylül 2014
1 788
0
Bu Gün “Google”un Ad Günüdür
Bu Gün “Google”un Ad Günüdür

Bu gün Google şirkətinin yaramasının 16 ili tamam olur. Şirkət 1998-ci il sentyabrın 4-də yaradılıb.

Google internet axtarış sistemləri içində ən aparıcı şirkətlərdən biridir.

Google kəlməsi “googol” sözünün təhrif olunmuş formasıdır. Mənası “On üstü yüz dərəcədə” deməkdir.

Şirkət Larri Peydc və Sergey Brin tərəfindən yaradılıb. Onlar 2024-cü ilə qədər birlikdə əməkdaşlıq etmək barədə müqavilə bağlayıblar.

İlk yarandığı vaxtda şirkətin məqsədi “Dünya səviyyəsində informasiyanın təşkili, onun hamı üçün əlyetən və istifadəyə yararlığı”nın təmini idi. Şirkətin qeyri-rəsmi şüarı isə “Acıqlı olma!” adlanırdı. Bunu şirkətin mühəndisi Pol Bakheyt müəyyən etmişdi.

Şirkət 2003-cü ildən Kaliforniya ştatındakı ofisində yerləşir.

Google-ın bütün dünyada milyondan çox serveri var. Hər gün məlumatların emalı mərkəzlərində bir milyarddan çox axtarış məlumatı emal olunur. Şirkətin əsas məhsulu axtarış sistemi olsa da, onun qısa müddətdə sürətli inkişafı başqa məhsullar təklif etməsinə də şərait yaratdı.

Hazırda Google şirkətinin Gmail, Google+, Google Buzz, Google Chrome, Google Earth, Picasa, Hangouts kimi məhsulları var.

Google hazırda internetdə ən çox ziyarət edilən sayt hesab edilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.