Hamı sizin bişirdiyiniz yeməkdən danışacaq

13 Mayıs 2015
967
0
Hamı sizin bişirdiyiniz yeməkdən danışacaq
Hamı sizin bişirdiyiniz yeməkdən danışacaq


Kabablarınız ağızda əriyəcək
May ayı - təbiətin qoynunda istirahət üçün ən yaxşı zamandır. Üzü yaya getdikcə qapalı məkanlardan çıxıb rayonlarda, bağlarda, dağlarda istirahət edib, piknik edənlərin sayı artır. Gəzintiyə çıxanların ən çox yedikləri isə heç şübhəsiz ki, kababdır.


Bu gün ANS PRESS açıq havada nəfis kababı xoşlayanlar üçün əti marinadlaşdırmağın bir necə reseptini təqdim edəcək. Düzgün marinadlaşdırma ətin bütün nəfisliyini və dadını üzə çıxaracaq.

1. "Balkanlardan salam" - 2 kq ət, müddət - 3 saat
3 şirin bibər
120-150 qr kişniş
650 q təbii qatıq
Yarım limon şirəsi
Duz
Hazırlanma qaydası - bibərləri qrildə qızardın. Onların toxumlarını təmizləyib uzun-uzun doğrayın. Qatıq və limon şirəsini qatın. Bu məhsullara duz və kişnişi əlavə edin.

2. Aralıq dənizi marinadlaşdırması - 2-2,5 kq ətin, müddət - 3 saat
450 ml. zeytun yağı
650 ml bitki yağı
Yarım limon şirəsi
Kəklikotu
3 ləçək rozmarin
2 ləçək şalfey
1 baş sarımsaq
İstiot, duz
Adıçəkilən məhsulları qatın. Kabab üçün olan əti bu marinadda 3 saat saxlayın.

3. Şərabda marinad 2 kq ət, müddət - 4 saat
200 qr doğranmış soğan
150 ml sadə su
250 ml quru ağ şərab
2 qaşıq istiot
Duz
Linon qabığı (xırdalanmış)
Soğanı halqa formasında doğrayın, su, şərab, duz qarışdırın.


4. Florent marinadı - 2-3 kq, müddət 2,5 saat
2-3 limon
1 diş sarımsaq
Rozmarin
250 ml zeytun yağı
750 ml bitki yağı
Qara istiot
Adıçəkilən məhsulları qatın və kabab üçün olan əti içinə əlavə edin.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.