Azərbaycanda bu binalar da yana bilər? - FOTO

21 Mayıs 2015
1 801
0
Azərbaycanda bu binalar da yana bilər? - FOTO
Azərbaycanda bu binalar da yana bilər? - FOTO

Bakıda yanğın baş verən binanın fasadları "Global Construction" şirkəti tərəfindən üzlənib. Bu məlumatı artıq Binəqədi rayon İcra Hakimiyyəti də təsdiq edib.

Şirkət haqda məlumat əldə etməyə çalışsaq da, saytının bağlandığını gördük. Araşdırmamız nəticəsində məlum olub ki, sayt bu gün bağlanıb. Buna baxmayaraq, "Google" axtarış sisteminin keşində saytda yayılmış bəzi informasiyalar, o cümlədən fotolar qalıb.

Fotolardan da göründüyü kimi, şirkət fasad üzlükləri işi ilə məşğul olub. Şirkət ölkənin müxtəlif bölgələrində binaların fasadlarının üzlənməsi ilə məşğul olub. Belə binalar arasında icra hakimiyyətiləri və digər dövlət əhəmiyyətli və strateji binalar da var.

Şirkətin layihələndirdiyi strateji binaların siyahısı:


1. Azərbaycan Dövlət Aqrar Universiteti,

2. Bakı şəhərinin H.Əliyev prospektindəki beş mərtəbəli binalar,

3. Gəncə şəhərindəki Heydər Əliyev parknda tikilmiş Zəfər Tağı,

4. Ziya Bünyadov prospektindəki beş mərtəbəli binalar,

5. Gəncə şəhərində Heydər Əlyev mərkəzi,

6. Bakıxanov qəsəbəsindəki 9 mərtəbəli binalar,

7. Mingəçevir şəhərində yaşayış binaları,

8. Saatlı rayon icra hakimiyyəti.


Bu binaların siyahısınını uzatmaq olar. Lakin təhlükənin nə qədər böyük miqyasda olduğunu bilmək üçün bu kiçik siyahı da yetərlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.