Jurnalistlərə güzəştlər olacaq

21 Mayıs 2015
928
0
Jurnalistlərə güzəştlər olacaq
Jurnalistlərə güzəştlər olacaq


Akreditasiyadan keçmiş media üçün pulsuz nəqliyyat vasitələri fəaliyyət göstərəcək
Bakı 2015-i işıqlandırmaq üçün 800-dən çox xarici jurnalist akreditasiya üçün müraciət edib. Onlar Bakıya, Birinci Avropa Oyunlarının açılış mərasimindən 3-4 gün əvvəl gələcəklər.

Bakı 2015 I Avropa Oyunlarından ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, akreditasiyadan keçmiş bütün jurnalistlər kimi, onlara da qalmaq üçün Media Kəndində münasib yerlər təklif olunub.

Hava limanından Media Kəndinə xüsusi nəqliyyat xidməti təşkil ediləcək. Bu, bütün beynəlxalq idman tədbirləri üçün normal haldır. Bildirilir ki, akreditasiyadan keçmiş bütün beynəlxalq jurnalistlər akreditasiyadan keçmiş yerli jurnalistlərlə eyni güzəşt və hüquqa malikdirlər.

Bütün arenalar arasında akreditasiyadan keçmiş medianın istifadə edə biləcəyi və onlar üçün nəzərdə tutulan nəqliyyat vasitələri fəaliyyət göstərəcək. Akreditasiyadan keçmiş bütün yerli və xarici jurnalistlərin dəvət olunacağı media üçün qəbul təşkil ediləcək.

BAOƏK, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edir. Əlbəttə ki, Mingəçevirdə jurnalistlərin qatılacağı tədbirlər onlara Azərbaycanın bir hissəsi ilə tanış olmaq imkanı verəcək. Akreditasiyadan keçmiş mediaya Oyunlar, Bakı və Azərbaycan haqqında ətraflı informasiya vermək üçün Media Kəndində media məlumat mərkəzi yaradılacaq.

Bakı 2015-i təbliğ etmək üçün, BAOƏK yerli və xarici media da daxil olmaqla, hər bir jurnalistə gözəl imkan yaratmaq məqsədilə, media fəaliyyəti həyata keçirəcək. İşləmək üçün yaradılacaq şərait Olimpiya standartlarına cavab verəcək. Onlar Mətbuat Əməliyyatları şöbəsinin heyəti tərəfindən bütün arenalarda beynəlxalq tələblərə uyğun dəstək görəcəklər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.