Xəsarət alanlardan biri evə buraxıldı

22 Mayıs 2015
1 147
0
Xəsarət alanlardan biri evə buraxıldı
Xəsarət alanlardan biri evə buraxıldı


Liya Bayramova: "Evə buraxılan xanımın adı Səfərova Səbinədir"
Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli binada baş vermiş yanğın zamanı xəsarət almış sakinlərdən biri evə buraxılıb.

Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova ANS PRESS-ə açıqlamasında deyib. O bildirib ki, evə buraxılan xanımın adı Səfərova Səbinədir.

Nazirlik rəsmisi əlavə edib ki, hazırda müalicə alan 13 xəsarət alandan 11-i Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində, 2-i isə 6 nömrəli şəhər xəstəxanasında müalicə olunur. Liya Bayramova müalicəsi davam etdirilən sakinlərin vəziyətinin orta stabil olduğunu bildirib.

Xatırladaq ki, mayın 19-da səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən 16 mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib. Hadisə nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.