Hollandiya terrorçuları təqib edəcək

05 Eylül 2014
1 361
0
Hollandiya terrorçuları təqib edəcək
Hollandiya terrorçuları təqib edəcək


Hollandiya hökumətinin ölkədəki "Müsəlman gənclərin radikallaşması və döyüşmək üçün Yaxın Şərq ölkələrinə getmələrinin qarşısını almaq" məqsədiylə hazırladığı plan parlametdə dəstəklənib.
Aldığımız məlumata görə, parlamentdə müzakirə olunan, terror qruplaşmalarına qatılan ya da bu çərçivədə təhsil alan şəxslərin vətəndaşlığının ləğv edilməsini nəzərdə tutan qanun layihəsini iqtidar və müxalifət müsbət qarşılayıb.
İqtidar ortağı Liberal Partiya (VVD) terror riskinin aradan qaldırılması üçün planlanan tədbirlərin lazımlı olduğunu ifadə edərkən, İşçi Partiyası (PvdA) bütün sərnişinlərin səyahət məlumatlarının saxlanmasından başqa alınacaq tədbirlərə dəstək verəcəyini açıqlayıb. Xristian Demokratlar Birliyi (CDA) və Sosialist Partiyasının (SP) olduğu müxalifət qrupu isə hökuməti bu mövzuda gec hərəkət etməkdə ittiham edib.
Bundan əlavə CDA lideri Sibrand Buma jurnalistlərə verdiyi müsahibədə Hizbut-Təhrir təşkilatının Hollandiyada qadağan olunmasını da istəyib.
Artıq bundan sonra Hollandiyada terror qruplarına qatılan və ya bu çərçivədə təhsil alan şəxslərin vatandaşlıqları ləğv oluna biləcək.
Eləcə də cəmiyyətdə “nifrət ifadəsi” və zorakılığın qarşısının alınması üçün polis güclərində də bununla əlaqədar şöbənin yaradılmasını tələb edən dəyişikliyə əsasən, döyüş bölgələrindən dönənlərin təqib edilməsi də planlaşdırılır.
Qeyd edək ki, son dövrlərdə Yaxın Şərq ölkələrinə döyüşmək məqsədiylə gedənlərin qarşısını almaq üçün hərəkətə keçən Hollandiya polisi, bu çərçivədə ona yaxın adamı nəzarətə götürüb və bir çox vətəndaşın pasportunu ləğv edib.
Hollandiyanın Suriya və İraqa döyüşmək məqsədiylə gedən vətəndaş sayının 130 olduğu, bunların 30-unun geri döndüyü, 14-ünün isə öldüyü bildirilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.