“İşte benim stilim”in münsifi müsabiqədən ayrılır

01 Haziran 2015
1 423
0
“İşte benim stilim”in münsifi müsabiqədən ayrılır
“İşte benim stilim”in münsifi müsabiqədən ayrılır


"TV8”də yayımlanan "İşte Benim Stilim” yarışmasının münsifi, modelyer Nur Yerlitaş verilişdən ayrılacağını bildirib.

Modelyer bu haqda İnstaqram səhifəsində yazıb:

"Bəzən özümü öyrəşmiş kimi göstərirəm. Baxıram ki, görüm mənə qarşı daha nə qədər kin bəsləyəcəklər. Nə isə… Az qaldı, hər şey qurtarır, gedirəm”.

Nur "Yarışmadan gedirsiniz” sualına belə cavab verib:

"Bilmirəm. Yəqin ki… Rəhbərlikdən çox razıyam. Amma yorulmuşam. Bunu qonorarım artsın deyə etmirəm. Bu verilişdən getsəm, bir müddət efirdə olmayacam”.

Qeyd edək ki, modelyerin proqramın aparıcısı Öykü Sərtərlə son vaxtlar problemlərinin olduğu deyilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.