E-xidmətlərdən istifadənin sayı artıb

10 Haziran 2015
1 137
0
E-xidmətlərdən istifadənin sayı artıb
E-xidmətlərdən istifadənin sayı artıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən 170 min dəfə istifadə edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi bütün e-xidmətlərdən bu ilin may ayında 169717 dəfə istifadə halı qeydə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə bildirilib ki, ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti 113827, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti 40359, “İş yerinə dair arayış” e-xidməti isə 13401 istifadə sayı ilə son bir ayda da əhalinin ən çox faydalandığı e-xidmətlər sırasında qərarlaşıb. “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bildirişlərin nazirliyin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi vasitəsi kimi fəaliyyət göstərir.

Ötən ilin ortalarından həmin sistemin işə salınması “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış” e-xidmətlərinin də yaradılaraq istifadəyə verilməsinə imkan yaradıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.