Mister Binin maşını 12,2 milyon dollara satıldı

10 Haziran 2015
1 151
0
Mister Binin maşını 12,2 milyon dollara satıldı
Mister Binin maşını 12,2 milyon dollara satıldı


Dünyanın "Mister Bin" kimi tanıdığı britaniyalı aktyor Rouen Atkinson iki dəfə qəzaya düşmüş McLaren F1 avtomobilini hərracda satdırıb.

18 il əvvəl istehsal olunmuş superlüks avtomobil 12,2 milyona satılıb.
Feat.Az The Daily Mail-ə istinadən bildirir ki, 60 yaşlı "Mister Bin" bu avtomobili 1997-ci ildə 640 min funt-sterlinqə satın almışdı.
Aktyorun McLareni iki dəfə qəzaya düşüb.
Atkinson 1999-cu ildə Lankaşir qraflığındakı A6 şossesində maşını ağaca çırpmış, 2011-ci ildə isə Piterbor yaxınlığında yük maşını ilə toqquşmuşdu.
İkinci qəzada R.Atkinsonun çiyin sümüyü sınmış, avtomobil isə xurd-xəşil olmuşdu.
18 illik istismar zamanı "Mister Bin" avtomobillə 90 min kilometr qət edib.
Buna rəğmən o, maşını sataraq təqribən 10 milyon dollar gəlir əldə edib.
"Avtomobili heç zaman sərmayə mənbəyi saymamışam. Maşını onun ruhuna, sürətinə görə almışdım. Belə maşını istənilən səyahətdə sürmək həzz, ləzzətdir", - Rouen Atkinson deyib.
"Taylor & Crawley" avtodilinq mərkəzində satışa çıxarılmış avtomobili Britaniya vətəndaşı alıb. Onun adı açıqlanmır.
Bu əməliyyat Britaniyada ən bahalı avtomobil satışlarından biri saylıır.
Rouen Atkinsonun qarajında Honda NSX, Jaguar MK7, Aston Martin DB2, 1939-cu il buraxılışlı BMW 328 və Rolls Royce Phantom Coupe avtomobilləri var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.