Pişik vasitəsiylə Wi-Fi - a çıxış

15 Ağustos 2014
2 820
0
Pişik vasitəsiylə Wi-Fi - a çıxış
Pişik vasitəsiylə Wi-Fi - a çıxış


Təhlükəsizlik üzrə mühəndis Cin Bransfild boğazına distant müdaxilə modullu xalta taxılmış pişiyin köməyi ilə "Wi-Fi" şəbəkəsinə çıxış əldə edib. Bu barədə Bransfildin Las-Veqasda keçirilmiş "Defcon" haker konfransında təqdim etdiyi hesabata istinadən "Engadget" nəşri yazıb.

Mühəndis deyir ki, boğazına haker xaltası taxılmış pişiyi gəzdirərkən o, öz qonşusunun routerinə müdaxilə edib. Beləliklə o, qonşusunun "Wi-Fi" şəbəkəsinə və hətta kompüterinə giriş əldə edib.

Məlum olub ki, "WEP" şifrələnmə protokolundan istifadə edən çıxış nöqtələrinə müdaxilə edilib. Bu protokol simsiz şəbəkənin təhlükəsizliyini təmin etmir. Hazırda ekspertlər "Wi-Fi" şəbəkəsinin təhlükəsiz tətbiqi üçün "WPA" və "WPA2" şifrələnməsindən istifadəni tövsiyə edirlər.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.