Qız uşağı dünyaya gətirdi, üç il hamamda qaldı

14 Eylül 2014
1 455
0
Qız uşağı dünyaya gətirdi, üç il hamamda qaldı
Qız uşağı dünyaya gətirdi, üç il hamamda qaldı


Qız uşağı dünyaya gətirdi, üç il hamamda qaldı
25 yaşlı ana nə az, nə çox ömrünün düz üç ilini hamamda keçirib. Buna səbəb qadının qız uşağı dünyaya gətirməsi olub. Əri tərəfindən vanna otağına salınan qadın övladını görməkdən də məhrum edilib.
Qadın azad edildikdə halsız bir vəziyyətdə olub. İllərdir günəş işığına həsrət qalan ana hətta çölə belə çıxa bilməyib. Qadın üçün ən dəhşətli səhnə isə öz doğma qızının onu tanımaması olub.
Qurbanın atasının tələbindən sonra o, izzahat vermək üçün Hindistan polisinə çağırılıb. Aparılan araşdırmalardan məlum olub ki, qadının qohumlarının az cehiz verməsi əri daha da qəzəbləndirib. Üstəlik qız uşağının dünyaya gəlməsi hadisələrin pik həddə çatmasına səbəb olub.
1981-ci ildən Hindistanda məcburi cehiz anlayışı yığışdırılsa da, insanlar qədim adət-ənənələrlə yaşamağa davam edirlər. Qeyd edək ki, qadının şikayətindən sonra onun əri və valideyinləri həbs olunublar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.