Kolbasanın içində ət, qatıqda isə süd yoxdur...

11 Eylül 2015
1 046
1
Kolbasanın içində ət, qatıqda isə süd yoxdur...
Kolbasanın içində ət, qatıqda isə süd yoxdur...

Kolbasanın içində ətdən, çörəyin içində undan başqa bütün qatqılara rast gəlinir. Pendirin içində isə süddən başqa hər şey var.

bu fakt qonşu ölkədə istehsal edilən və bir çox ölkələrə satılan ərzaq məhsulları ilə bağlı araşdırma zamanı üzə çıxıb.

Xüsusilə gizli fəaliyyət göstərən, dövlət qeydiyyatından keçməyən firmaların istehsal etdiyi məhsulların tərkibi insan orqanızmi üçün təhlükəlidir.

Tərkibinə genetik modifikasiya olunmuş (GMO) qatqılar qarışdırılan yüz minlərlə məhsulların arasında ət, süd, bal, kərə yağı, zeytun yağı var. Ekspertlər bu məhsulları "qida terroru" kimi dəyənləndirib.

Türkiyənin Ziraatçılar Dərnəyi "xəyali qida" ilə bağlı sənəd hazırlayıb. Sənəddə göstərilir ki, daha çox üç məhsul növünə qatqılar qatılır. Bunlar süd və süd məhsulları, zeytun yağı, eləcə də ət və ət məhsullarıdır.

Bu məhsulların tərkibinə qatılanlar 50 faizi üstələyib. Üstəlik GMO məhsulu istehsalı ilə məşğul olanların sayı dövlət qeydiyyatından keçən firmalardan çoxdur.

Türkiyənin "Milliyet" qəzetinin məlumatına görə, pendirin hazırlanmasında istifadə edilən süd təbii süd deyil, üstəlik içinə su, nişasta, ağ rəng qatmaq üçün rəngləyici, marqarin, soya unu, boyaq və dadlandırıcılar qatılır.

Satılmayan pendirlər yenidən firmalara qaytarılır, təkrar emaldan keçirilib mağazalara paylanır.

Zeytun yağına isə çeşidli rəngləyicilər qatılır. Araşdırmalar göstərir ki, zeytun yağlarının tərkibinin 80 faizi zeytun yağından ibarət deyil.

Kolbasanın içinə isə şişirdici, boyadıcı, dadlandırıcı qatqılar vurulur. Ətə vurulan maddələr çəkinin artmasına səbəb olur.

Maraqlıdır ki, bu gün Azərbaycan bazarına daha çox Türkiyədən zeytun yağı, yoğurd, pendir, ət məhsulları gətirilir. Türkiyə mətbuatı isə pul qazanmaq marağında olan iş adamlarının ucuz satılan təhlükəli qidalara üstünlük verdiyini yazır.

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin GMO məhsullarını yoxlamaq üçün müasir avadanlıqlarla təmin edilmiş laboratoriyası fəaliyyət göstərir. Lakin komitənin açıqlamasında indiyədək GMO tərkibli məhsullara rast gəlinmədiyi bildirilir.

Qeyd edək ki, Cinayət və İnzibati Xətalar məcəllələrinə edilən son dəyişikliklərlə Azərbaycanda GMO məhsulların idxalı, istehsalı və dövriyyəsi qadağan edilib.

Məsələ Milli Məclisdə müzakirə edilərkən əksər deputatlar ölkəyə gətirilən məhsullar arasında GMO-nun xüsusi çəkisinin olduğu vurğulamışdı.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycana GMO məhsulları hələ də gətirilir. Lakin müstəqil laboratoriya olmadığından bunu yoxlamaq mümkün deyil. GMO tərkibli məhsulların arasında kolbasa və sosiskaların xüsusi çəkisi var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    tewekkurler xeber ucun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.