Whatsapp yeni rekorda yaxınlaşır

10 Eylül 2015
915
4
Whatsapp yeni rekorda yaxınlaşır
Whatsapp yeni rekorda yaxınlaşır

WhatsApp xidmətinin baş direktoru və həmtəsisçisi Yan Koum Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb ki, adıçəkilən messencerin aktiv istifadəçilərinin sayı 900 milyonu ötüb. 

Feat.Az istinadən bildirir ki, cari ilin yanvarında WhatsAppxidmətinin auditoriyası aylıq 700 milyon aktiv istifadəçidən ibarət olub,  apreldə messencerin auditoriyası 800 milyonadək artıb. Əgər xidmət bu artım tempini saxlasa, o zaman 2015-ci ilin sonunadək WhatsApp istifadəçilərinin sayı 1 milyarda yaxınlaşacaq. 
 
1 dollar məbləğində illik abunə haqqına baxmayaraq, WhatsApp ən yaxın rəqibləri olan WeChat və Line messencerləri ilə müqayisədə daha populyardır. Alternativ həllər olan Viber və Tango proqramından təxminən 250 milyon insan istifadə edir. 
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
...DUALARIMDASAN...
watsap en yaxisisidi,,,,,,,,,,,,,
Lami95
melumat ucun tewekkurler
allah bendesi
istifade etmirem tewekkurler
Eylül
Məlumatım var idi təşəkkürlər
RƏY ƏLAVƏ ET