Azərbaycanda ucuzlaşan və bahalaşan ərzaqlar - SİYAHI

15 Ekim 2015
982
0
Azərbaycanda ucuzlaşan və bahalaşan ərzaqlar - SİYAHI
Azərbaycanda ucuzlaşan və bahalaşan ərzaqlar - SİYAHI

2015-ci ilin sentyabr ayında ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşıb.

Son 3 ayda Azərbaycanda deflyasiya müşahidə olunub. Belə ki, bu ilin avqustunda Azərbaycanda deflyasiya 0,1 faiz, iyulda 0,7 faiz, iyunda isə 1,1 faiz olub.

Ay ərzində düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, şəkər və şəkər tozunun, mal və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, limonun, bananın, pomidorun, badımcanın, göy lobyanın, çuğundurun, kökün, kartofun, baş soğanın, sarımsağın, mineral sular və sərinləşdirici içkilərin, spirtli içkilərin qiymətlərində bahalaşma, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, balqabağın, şirin bibərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sentyabr ayında qeyri-ərzaq məhsullarından parçaların, inşaat materiallarının, dərmanların qiymətlərində ucuzlaşma, geyimin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, məişət cihazlarının, mebel və ev əşyalarının, dəftərxana ləvazimatlarının qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.