Sosial şəbəkələrdəki hesablarınıza eyni şifrə qoymayın! - Təhlükə..

28 Kasım 2015
1 088
0
Sosial şəbəkələrdəki hesablarınıza eyni şifrə qoymayın! - Təhlükə..
Sosial şəbəkələrdəki hesablarınıza eyni şifrə qoymayın! - Təhlükə..

Sosial şəbəkələrlə bağlı istifadəçilərin ən çox yol verdiyi sadə bir xəta var. Belə ki, ''İnstagram”, “facebook”, “dropbox” və başqa sosial şəbəkələrdə olan hesablarınıza eyni şifrə qoymusuzsa, bir hesabınızın oğurlanması ilə bütün hesablarınızın ələ keçirilməsinə nail oluna bilər. Bir elektron hesabla qeydiyyatdan keçdiyiniz bir-neçə sosial şəbəkə varsa, qorunması ən çox gərək olan hesab e-mail hesabıdır. Ən yaxşısı sosial şəbəkələrdə istifadə etdiyiniz “e-mail”i məktublaşma obyekti kimi istifadə etməməkdir. Çünki hesabınızı ələ keçirmək istəyən şəxs ilk öncə “e-mail”in nə olduğunu axtarır. Yaxşı olar ki, iki “e-mail”dən istifadə edəsiniz. Birinci e-maildən məktublaşmaq, şirkətlərlə və dostlarla əlaqə qurmaq üçün, ikinci emaili isə ancaq sosial şəbəkələrdə istifadə etmək üçün. İkinci e-mailin bilinməməsi sizin hesablarınızın oğurlanması təhlükəsini minumuma endirir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.