600 km/saatlıq ölümdən qurtuldu - maraqli VİDEO

28 Eylül 2014
1 340
0
600 km/saatlıq ölümdən qurtuldu - maraqli VİDEO
600 km/saatlıq ölümdən qurtuldu - maraqli VİDEO

Amerikalı Corc Potit cəsarətlə özünü dünyada ən çox bəxti gətirən adam hesab edə bilər. Keçən günlərin birində o 600 km/saat sürətlə hərəkət zamanı düşdüyü qəzadan nəinki sağ-salamat qurtarıb, hətta heç çox ciddi zədə belə almayıb. Bu fantastik cəhdi eyni zamanda iki kamera ilə çəkə biliblər və onu istəyən hər kəs izləyə bilər.

Hadisə Yuta ştatında məşhur duzlu düzənlikdə baş verib. Yerüstü sürət rekordlarının əksəriyyəti məhz burada müəyyən edilir. Belə rekordlardan birini həmin gün Potit müəyyən etmək niyyətində idi: Onun idarə etdiyi və 2000 a.g. olan Speed Demon saatda 500 mil (804,7 km/saat) sürət yığmalı idi, lakin əvəzində bir yığın metal qırıntısına döndü.

İnanmaq çətin olsa da bolid 595 km/saat sürətlə hərəkət edərkən nəzarəti itirdikdə təhlükəsizlik karkasına heç bir şey olmayıb və o sürücünü zədələnmədən qoruyub. Corcu xəstəxanaya heliopterlə aparsalar da o bir azdan öz ayağı ilə qayıdıb və ondan ötrü narahat olanlara təşəkkürünü bildirib. O artıq növbəti cəhdə hazırlaşır.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.