Rusiya-ABŞ işbirliyi: şimal qütbündə neft yatağı tapıldı

30 Eylül 2014
1 549
0
Rusiya-ABŞ işbirliyi: şimal qütbündə neft yatağı tapıldı
Rusiya-ABŞ işbirliyi: şimal qütbündə neft yatağı tapıldı

Rusiya ABŞ-la birgə şimal qütbündə nəhəng neft yatağı aşkar edib.

FeaT.Az xəbər verir ki, Rusiyanın neft şirkəti olan “Rosneft”in “Exxon Mobil” ilə birgə çalışmaları nəticəsində tapıntı reallaşıb. Kara (Karskoe) dənizində tapılan yatağın dünyada ən böyük yataqlardan biri olacağı bildirilir.

“Rosneft”in sözçüsü İqor Seçinin mətbuata verdiyi məlumata görə, araşdırmalar iki gün davam edib:

“Biz bilirdik ki, Kara dənizində neft yatağı var. İlkin hesablamalara görə, təxminən bu yataqda 338 milyard kubmetr təbii qaz və 100 milyon ton neft var. Tapılan neftin keyfiyyəti Sibir nefti ilə müqayisə edilir. Bu bizim “Exxon Mobil” və digər partnyorlarımızla birgə əldə etdiyimiz müvəffəqiyyətdir”.

Məlumat üçün bildirək ki, Kara dəniz neft ehtiyatlarının Səudiyyə Ərəbistanının bütün neft ehtiyatı səviyyəsində olduğu bildirilir. Lakin bölgədə olan neft ehtiyatının birgə istehsalı ilə bağlı ABŞ neft şirkəti ilə iş birliyində əngəllər var. Belə ki, ABŞ və Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi bu işə mane olur. Rəsmi Vaşınqtonun sanksiyalarına görə, “Exxon Mobil” oktyabrın 10-dək “Rosneft”lə bütün iş birliyini dayandırmalı olacaq.


mənbə:axar.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.