“Ata, o qız üzünə saqqalı yapışdırıb ki,gülməli olsun, hə?”

01 Ekim 2014
1 318
0
“Ata, o qız üzünə saqqalı yapışdırıb ki,gülməli olsun, hə?”
“Ata, o qız üzünə saqqalı yapışdırıb ki,gülməli olsun, hə?”

(Azyaşlı qızın xəbərlər bülletenində“Eurovision” müsabiqəsinin qalibi olan saqqallı “qızı” gördükdən sonra atasına verdiyi sual)

İnsan bioqrafiyasında konkret tarixə bağlı hadisələr var: anadan oldu, 1-ci sinifə getdi, ailə qurdu, vəfat etdi. Amma elə hadisələr də olur ki, onların nə zaman gerçəkləşməsini söyləmək çətindir. Məsələn, uşaqlığın sonu, gəncliyin ilk günü, qocalığın başlanması. Nadir adam tapılar ki, “mən filan günü”, yaxud “filan hadisədən sonra uşaqlıqla vidalaşdım” deyə bilsin. Mən isə o günü tam dəqiqliklə xatırlayıram...

...İndi “anam canı” andına yumoristik mətnlər qoşub “ulduz” olurlar. Amma 30-35 il əvvəl bizim məhlədə “anam canı” ən müqəddəs and idi. Kimsə dediklərini bu söz birləşməsi ilə təsdiqləyirdisə, vəssalam. Daha onun iddiasını şübhə altına almaq heç kimin ağlına belə gəlməzdi...

Ötən əsrin 70-80-ci illərində Lui de Fünesin baş rolda çəkildiyi “Jandarm və başqa planetdən gələnlər” filmi olduqca populyar idi. Elə məhəllədə də bu film müzakirə olunurdu ki, birdən uşaqlardan biri dedi: “Hə, noolsun e? Dünən səhər balkona çıxmışdım, gördüm məhlədə “tarelka” var, yanında da balaca adamlar qaçırdı. Sonra məni gördülər, tez oturub “tarelkaya” uçub getdilər”. Elə bunu demişdi ki, hamı gülməyə, onu ələ salmağa başladı. Ancaq ardından “anam canı!” andı bir anda hamını şoka saldı. Qoqolun “Müfəttiş” əsərindən bir səhnə yaşandı sanki: burnunda “axtarış aparanın” barmağı elə burnunda, çeynədiyi saqqızı dartıb uzadanın şirin rezini isə ağzından sallanmış vəziyyətdə qaldı. Kimsə etiraz edə bilmirdi, “anam canı” qarşılığında sadəcə cürət etmirdi. Digər tərəfdən isə eşitdiklərimizə inana bilmirdik... Bu guya “tarelka” görən yaşda hamımızdan böyük idi. Qalanların içində isə “ağsaqqal” mən idim. Odur ki, onun qolundan tutub bir kənara çəkdim. Gözünün içinə baxıb soruşdum: “Kişi kimi de: doğurdan belə olub?”. O, bizi heç kimin eşitmədiyini yəqin etdikdən sonra yavaşca dedi: “Yox alə! Özüm basıb-bağlayıram da! Sən də...”. Heyrətimi gizlədə bilməyib daha bir sual verdim: “Bəs axı sən “anam canı” dedin, niyə?”. Cavabı eşitdiyim an isə, düşünürəm, artıq uşaqlıq xəyallarıma son qoydu: “Nə olsun ki dedim? Guya onda mamama nəsə olacaq? Eh...”.

Uzun götür-qoydan sonra nəhayət axşam rəhmətlik atamdan soruşdum: “Papa, yalandan “anam canı” demək olar bəyəm?”. Cavabı lakonik və konkret oldu: “Olmaz... Sən demə, bala”...

Həmin hadisədən illər ötüb. Uşaqlığımla vidalaşdığım, nağıllar, romantik qəhrəmanlar aləmini darmadağın edən hadisə. Düşünürəm ki, gör hardan hara gəlmişik. O sual və sualı doğuran hadisə hara, dünən verilən sual hara. Düşünürəm və, açığını deyim, bu düşüncələrim heç də nikbin deyil...

P.S. Onu da deyim ki, 30 il əvvəl atalar uşaqların verdiyi sualları günəbaxan tumu kimi çırtlayırdılar. Müasir atalar isə... Onlara övladlarının yanında üzüqara qalmamaları üçün Allahdan zehn açıqlığı diləyirəm.
mənbə:islam.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.