Sabahdan Ali Məktəblərə Ərizə Qəbulu Başlayır

31 Mart 2016
1 788
2
Sabahdan Ali Məktəblərə Ərizə Qəbulu Başlayır
Sabahdan Ali Məktəblərə Ərizə Qəbulu Başlayır

FeaT.Az TQDK-nın mü­va­fiq internet səhifəsi­nə istinadən xəbərə verirki, 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu 1 aprel tarixindən etibarən başlanır.

“Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (I-IV qruplar üzrə eservices.tqdk.gov.az/erizebak/qrup1_4, V qrup və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə eservices.tqdk.gov.az/erizebak/qrup5_oi) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar.

Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar”, - deyə qurumdan qeyd edilib.

Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə abituriyentlərin ərizələrinin qəbulu aprelin 1-dən 28-dək, V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına ərizələrin qəbulu mayın 3-dən 17-dək aparılır.

I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verib, həm də V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ikinci bir ödəmə kartı almadan I-IV qruplar üzrə ərizə doldurarkən istifadə etdikləri ödəmə kartı vasitəsilə qeydiyyatdan keçirlər.

“Abituriyentin elektron ərizəsi” forması doldurduqdan sonra ərizələrinin təsdiqini təmin etməlidirlər. Ərizənin təsdiqi TQDK-nın məlumat bazasında abituriyent barədə olan məlumatların tam olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir.

2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri “Abituriyent” jurnalının 2 ci sayında çap edilib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Princess
    Içi mən qarışıq hər kəs üçün xeyirlisi olar inşAllah..Allah köməyimiz olsun..
  2. LeykamiyA
    Kim haranı ürəyində tutubsa həmin yerə də daxil olar inşAllah.Əziyyətləri boşa çıxmaz.Bu yollardan keçmək ölümü gedib görmək kimi bir şeydi.Ailələr övladlarına güclü dəstəkdə olmalıdır.Eləcədə abituriyentlər son dərəcə ciddi hazırlaşmalı.Çünki əziyyət heç vaxt yerdə qalmır.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.