Cəbhədə gərginlik: 1 mülki şəxs öldü, 1-i yaralandı

02 Nisan 2016
1 735
2
Cəbhədə gərginlik: 1 mülki şəxs öldü, 1-i yaralandı
Cəbhədə gərginlik: 1 mülki şəxs öldü, 1-i yaralandı

Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı açıqlama yayıb

Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq.

"Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir"

Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttində yaranmış vəziyyətlə bağlı rəsmi açıqlama ilə çıxış edib.

FeaT.Az xəbər verir, açıqlamada bildirilir:

"Hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə növbəti dəfə təxribat törətməyə çalışıb. Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir.

Cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək. Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq".

APA-nın Qarabağ bürosunun məlumatına görə, ermənilərin ötən gecə ağır artilleriyadan açdığı atəş nəticəsində Tərtərin Qarağacı kəndində məckunlaşmış məcburi köçkün Cəlal Rəhimovun yaşadığı evə mərmi düşüb. Nəticədə C. Rəhimov həlak olub, onun oğlu Orxan Rəhimov isə ayaqlarını itirib.

Eyni vaxtda Ağdamın kəndləri də atəşə məruz qalıb. Rayon ərazisində salınan Baharlı qəsəbəsinə isə ağır artileriyadan açılan məmilər evlərin həyətlərinə düşüb.

Mərmilərdən biri isə 73 nömrəli evdə yaşayan Tural İsmayılovun digəri, 199 sayli evin sahibi Muxtar Məmmədovun həyətinə düşüb. Xoşbəxtlikdən bu qəsəbədə dinc əhali arasında yaralanan və ya ölən olmayıb.

Hərbi mənbələrdən əldə olunan məlumata görə erməni hərbçiləri arasında itki daha çoxdur.


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Leyli
    • Leyli
    • 2 Nisan 2016 17:48
    Allah rehmet elesin
  2. allah bendesi
    ALLAH olenleri rehmet etsin..her anlari tehluke ile kecir:((ALLAH butun esgerlerimizi qorusun inshALLAH bashlari batasicilar olmurlere inshALLAH Tez bir zamanda torpaqlarimiz alinar onlarda qirilib olerler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.