Müdafiə Nazirliyindən son RƏSMİ AÇIQLAMA

03 Nisan 2016
3 824
4
Müdafiə Nazirliyindən son RƏSMİ AÇIQLAMA
Müdafiə Nazirliyindən son RƏSMİ AÇIQLAMA

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 130 dəfə pozub.

Ermənistan Respublikası İrəvan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı kəndində, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Çaylı, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 137 dəfə atəş zərbəsi endirib.


bizimyol.info
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    Sitat: Jessica
    Sitat: allah bendesi
    yeniden bu gunmu olub ateshkes rejmini pozmalari?

    Bu gecədə olur digər sakit günlərdə də elə gün olmasın ki atışma olmasın biz sülh şərayitində yaşamırıq normaldı belə halar

    bilirem baci sadece axsham oxudugum xebere gore sorushdum her sheyin sonu oldugu kimi bir gun bu sixintilarimizinda sonu olacaq shehidlerimizin qani yerde qalmayacaq..o torpaq onlarin olmayib olmayacaqda ALLAHin izniyle
  2. Jessica
    Sitat: allah bendesi
    yeniden bu gunmu olub ateshkes rejmini pozmalari?

    Bu gecədə olur digər sakit günlərdə də elə gün olmasın ki atışma olmasın biz sülh şərayitində yaşamırıq normaldı belə halar
  3. FeaT.Az
    Sitat: allah bendesi
    yeniden bu gunmu olub ateshkes rejmini pozmalari?

    Bəli bu gecə
  4. allah bendesi
    yeniden bu gunmu olub ateshkes rejmini pozmalari?
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.