Polad Bülbüloğlu Rusiya tele-kanalını peşiman etdi – VİDEO

03 Nisan 2016
2 546
2
Polad Bülbüloğlu Rusiya tele-kanalını peşiman etdi – VİDEO
Polad Bülbüloğlu Rusiya tele-kanalını peşiman etdi – VİDEO

Ermənistan sonuncu əsgərini Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmayanadək Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində toqquşmalar davm edəcək.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın “Dojd” telekanalına müsahibəsində bildirib.
“İş onda deyil ki, bu gecə nəsə baş verib yaxud başqa bir gecə nəsə olacaq. İş ondadır ki, sonu görünməyən bu münaqişədə hətta bir qədər sakit vaxtlarda hər iki tərəfdən dinc sakinlər, hərbçi qulluqçular həlak olur. Bu münaqişəni başa çatdırmağın vaxtı çoxdan çatıb”, – deyə, səfir bildirib.\
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqdir, lakin münaqişə həllini tapmasa, Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün güc tətbiq edəcək.
“Münaqişəni həll etmək üçün onu yaradan səbəbi aradan qaldırmaq lazımdır. İlkin səbəb isə Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalıdır, bu, beynəlxalq aləmdə tanınmış faktdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var, BMT Baş konfransının qərarı var, Avropa Şurası, Avropa Parlamenti, AŞPA və sair təşkilatların sənədləri var ki, orada birmənalı şəkildə Ermənistandan işğalçı qoşunlarını çıxarmaq tələb olunur. Axı söhbət təkcə Dağlıq Qarabağın özündən yox, həm də Dağlıq Qarabağa bitişik beş rayondan gedir”, – deyə, diplomat qeyd edib.
O bildirib ki, Azərbaycan bu beş rayonun azad olunması və Dağlıq Qarabağın gələcək taleyi haqqında dinc danışıqlara başlamağı çoxdan təklif edir.
“Heç kim orada yaşayan erməniləri qovmağa hazırlaşmır. Lakin orada azərbaycanlılar da yaşayırdılar. Mən özüm Qarabağdanam. Söhbət ondan gedir ki, azərbaycanlılar öz dədə-baba yurdlarına qayıtmalıdırlar və hər iki icma ümumi dil tapıb birgə yaşamağı öyrənməlidir. Lakin işğalçı korpus Azərbaycan torpaqlarında olduğu müddətdə, bəli, heç kim gizlətmir ki, bu, sonuncu erməni əsgəri Azərbaycan ərazilərini tərk edənədək davam edəcək. Biz bu barədə müxtəlif səviyyələrdə dəfələrlə bəyan etmişik.
Cənab prezident bəyan edib, xarici işlər nazirləri bəyan ediblər, mən səfir kimi dəfələrlə bəyan etmişəm. Eşitmədikdə isə, bu gün gecə olduğu kimi hadisələr ortaya çıxır. Buna görə də, münaqişəni həll etmək lazımdır”, – deyə, Polad Bülbüloğlu bildirib.
Rusiya rəhbərliyinin Qarabağ münaqişəsi zonasındakı hərbi əməliyyatlarla bağlı narahatlığını şərh edən səfir bildirib.
“Narahatlıq ifadə etmək yaxşıdır, biz barəmizdə bu cür qayğını yüksək qiymətləndiririk, lakin münaqişəni həll etmək lazımdır”.
O xatırladıb ki, bir neçə il əvvəl Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə üçtərəfli görüşü baş tutub və orada real razılaşmalar əldə edilib, “lakin real həyatda bu məsələdən bir iş çıxmadı və buna görə də, bu tipdə münaqişələr davam edir”.
Vəziyyətin genişmiqyaslı hərbi əməliyyatlara keçmək imkanları barədə sualı cavablandıran Bülbüloğlu qeyd edib ki, “işğalçı korpus Azərbaycan ərazisində olduğu müddətdə heç kim heç kimə zəmanət verə bilməz”.
“Biz münaqişənin dinc yolla həllinə tam sadiqik, lakin bu, əbədi davam edə bilməz. Mənim 71 yaşım var, Qarabağdanam, mən nə üçün öz Vətənimə getmək imkanından məhrum olunmalıyam? Yalnız ona görə ki, kimsə bunu istəmir?, – deyə, diplomat bildirib.
“Azərbaycanın gücü və imkanları var. Dinc yolla həllini tapmasa müharibə edəcəyik!”

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    bayaqlari xeberlerde baxdim polad bulbul oglu danishdiqca aparici qizin gulmesi eseb edir insani
  2. Jessica
    Dildə demək asandı kaşki əməldə də edə bilək
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.