Vahid Mustafayev və Mir Şahin Ağayev Cəbhədəki Son Vəziyyət Barədə Məlumat Verib - Video

04 Nisan 2016
2 336
2
Vahid Mustafayev və Mir Şahin Ağayev Cəbhədəki Son Vəziyyət Barədə Məlumat Verib - Video


Telerepartyor ermənilərin qəfil hücumunun səbəblərindən danışıb.
Vahid Mustafayev və Mir Şahin Ağayev Cəbhədəki Son Vəziyyət Barədə Məlumat Verib - Video

ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Vahid Mustafayev cəbhə xəttində baş verən ən son vəziyyət barədə məlumat verib.FeaT.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, ermənilərin qəfil hücumunun səbəblərindən danışan telerepartyor bildirib ki, qarşı tərəf Azərbaycanın inkişafı, regionda hegemonluğuna mane olmaq, imicinə zərər vermək, Azərbaycanı dünyada problemli ölkə kimi göstərmək üçün cəbhədə təxribatlara əl atırlar.

Azərbaycan - Türkiyə, Azərbaycan - Rusiya dostluq münasibətlərinin Ermənistanın planlarına uyğun olmadığını bildirən Vahid Mustafayev son vəziyyəti elə bilavasitə bununla əlaqələndirib. “Ermənistan hakimiyyəti daxili problemlərdən qaçmaq üçün müharibə kartından istifadə edir” - deyən V.Mustafayev bu gün İrəvanda mitinqlərin olduğunu, Ermənistan tərəfinin bütün səylərinin əks effekt verəcəyini diqqətə çatdırıb.

Daha sonra Vahid Mustafayev Azərbaycanın müxtəlif regionlarından cəbhə bölgələrinə gənclərin axınını müşahidə etdiyini, onların hərbiyə yazılıb, əsgərlərə dəstək olmaq, əməliyyatlarda iştirak etmək istədiklərini, hətta ana-bacıların əsgərlərə paltar, yemək gətirdiklərini bildirərək buna ehtiyac olmadığını diqqətə çatdırıb.

“Azərbaycanın tam nizamlı ordusu var. Ordumuzun hər bir sahədə hazırlığı yüksək səviyyədədir” - deyə V.Mustafayev bildirib.



ANS-in xüsusi müxbiri Mir Şahin Ağayev də təmas xəttində baş verən ən son məlumatları çatdırıb. Azərbaycanın cavab tədbirlərindən sonra birtərəfli qəbul etdiyi atəşkəs haqqında danışan Mir Şahin Ağayev bildirib ki, Azərbaycan tərəfi öz sözünün üstündə dayanır və yalnız qarşı tərəf atəşkəsi pozduğu halda müdaxilə edir. "Təəssüflər olsun ki, Ermənistan tərəfi atəşəkəsi mütəmadi olaraq pozur"- deyə jurnalist əlavə edib.

Azərbayacan hərbi qüvvələrinin ermənilərə məxsus daha bir tankı və pilotsuz uçan aparatını vurduğunu söyləyən Mir Şahin Ağayev Azərbaycan tərəfinin döyüşlər gedən bölgələrdə ciddi mövqe üstünlüyünə malik olduğunu vurğulayıb.

Jurnalist sosial şəbkələrdə ermıənilərin Azərbaycanın bir sıra işğal olunmuş rayonlarını boşaltmağa başlamsı haqqında yayılan məlumatlara da aydınlıq gətirib: "Biz buradan ermənilərin hərəkətlərini görə bilmirik, lakin belə bir fakt var ki, Laçın dəhlizində tıxac yaşanır".

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Leyli
    • Leyli
    • 4 Nisan 2016 12:23
    deyerli xebere gore cox sagolun
  2. allah bendesi
    vahid mustafayevin formula 1yarishlariyla bagli dediyi mentiqlidir bir baxima..teshekkur bizide melumatlandirirsiz
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.