“Münaqişə həll edilməsə insidentlər davam edəcək”

04 Nisan 2016
1 085
0
“Münaqişə həll edilməsə insidentlər davam edəcək”
“Münaqişə həll edilməsə insidentlər davam edəcək”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu işğal olunmuş ərazilərdə Azərbaycan – Ermənistan arasında baş vermiş son hadisələri şərh edib. ANS PRESS-in məlumatına görə, qardaş ölkənin baş diplomatı münaqişənin həlli üçün kifayət qədər addım atılmadığını deyib.

“Qarabağ və Azərbaycanın işğal edilmiş ərazilərindəki münaqişələr sülh yolu ilə öz həllini tapmalıdır. Bu günə qədər Qarabağ probleminin həlli üçün kifayət qədər addım atılmayıb. Biz bölgədə hər zaman müharibədən danışırıq. Bununla yanaşı dondurulmuş münaqişələr də var. Qarabağ və Krım probleminin həlli dondurulmuş münaqişəyə çevrilib. Sadəcə Kipr probleminin həlli yolunda irəliləyiş var. Bu problemlər ən yaxın zamanda öz həllini tapmalıdır. Azərbaycanın 7 bölgəsi hələ də Ermənistanın işğalı altındadır.”

Mövlud Çavuşoğlu həmçinin bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğqal edilməsinə heç kimin səsi çıxmır.

“Qəbul edilmiş müxtəlif qərarlar var. Amma buna baxmayaraq heç kimin səsi çıxmır. ABŞ və Rusiya bu problemi həll etmək istəsin, bir həftə keçmədən münaqişə öz həllini tapar. Münaqişə həll edilməsə insidentlər davam edəcək. Biz bunu istəmirik. Biz hər zaman Azərbaycanın tərəfindəyik. Bu gün Azərbaycanla bir çox sahələrdə əməkdaşlığımız var. Biz bir millət, iki qardaşıq. Ermənistanın mütəmadi təcavüzləri var. Azərbaycan beynəlxalq konvensiyaları tətbiq edir.”
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.