Ərdoğan Qarabağ dedi və şeir oxudu - Video
Qarabağ bir gün yenə Azərbaycanın olacaq.
FeaT.Az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Qızıl Aypara Cəmiyyətində çıxışı zamanı deyib.
“Türkiyə Qarabağ məsələsində həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Bundan sonra da Türkiyə Azərbaycanın yanında olacaq”, - Ərdoğan vurğulayıb.
O, Azərbaycana olan dəstəyini 1992-ci ildə Qarabağın işğal edildiyi dövrdə Abdürrahim Karakoçun yazdığı şeirlə ifadə edib.