Azərbaycan Ordusu şəhid verdi: 15 düşmən tankı vuruldu – VİDEO (SON DƏQİQƏ)

05 aprel 2016
1 202
1
Azərbaycan Ordusu şəhid verdi: 15 düşmən tankı vuruldu – VİDEO (SON DƏQİQƏ)
Azərbaycan Ordusu şəhid verdi: 15 düşmən tankı vuruldu – VİDEO (SON DƏQİQƏ)

Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb.

FeaT.Az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Bu istiqamətdə düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.

Aprelin 4-də axşam saatlarında düşmənin müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi atəşətutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində yerləşən hərbi birliyimiz də qarşı tərəfin atəş vasitəsilə yaşayış məntəqələrimizə ziyan vurmaq təhlükəsini minimallaşdırmaq məqsədilə düşmənin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıb.
Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb.

Bütün cəbhə boyu son iki gün ərzində düşmənlə döyüşlərdə igidlik və rəşadətlə vuruşan Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 16 nəfəri şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Hazırda cəbhədə əldə edilən əməliyyat üstünlüyünü saxlamaq məqsədilə Silahlı Qüvvələrimiz müvafiq tədbirlər həyata keçirirlər.




RƏYLƏR
allah bendesi
bu videolara baxdiqca insanin ureyi acilir. 15 ..redd olub gedseydiler torpaqlardan tezlikle dahada gozel olardi
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Kitabdan Söz Yazılı Şəkilləri 2019 (53)
21:00
632

Kitabdan Söz Yazılı Şəkilləri 2019 (53)

17.07.2019 Gündəlik Bürclər (17 İyul 2019 Günlük Bürclər)
20:00
1 552

17.07.2019 Gündəlik Bürclər (17 İyul 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (206)
19:00
634

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (206)

Dərd Dənizim Yazılı Şəkilləri 2019 (15)
18:00
520

Dərd Dənizim Yazılı Şəkilləri 2019 (15)

Yeniyetməlik dövründə sağlam cinsəllik yaşanmaz
17:00
266

Yeniyetməlik dövründə sağlam cinsəllik yaşanmaz

Frida Kahlo Yazılı Şəkilləri 2019 (7)
15:00
454

Frida Kahlo Yazılı Şəkilləri 2019 (7)

Mədəni necə təmizləmək lazımdır?
14:00
157

Mədəni necə təmizləmək lazımdır?

Bürclər Haqqında Maraqlı Məlumatlar (560) - Fotolar
13:00
511

Bürclər Haqqında Maraqlı Məlumatlar (560) - Fotolar

Səhər-səhər çay içənlər DİQQƏT!
12:00
192

Səhər-səhər çay içənlər DİQQƏT!

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 532 İRƏLİ