“Üzü Ağdərədən Şuşaya kimi hamı qaçır” - Spiker

05 Nisan 2016
1 834
2
“Üzü Ağdərədən Şuşaya kimi hamı qaçır” - Spiker
“Üzü Ağdərədən Şuşaya kimi hamı qaçır” - Spiker

“Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan ordusunun uğurlu əməliyyatlarından sonra tələm -ələsik kompromis çağırışı edib. Sənin kompromisin bizə lazım deyil, torpaqları boşalt”.

“Qafqazinfo” xəbər verir ki, bunu spiker Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında Qarabağla bağlı müzakirələr zamanı səsləndirib. Onun sözlərinə görə, hazırda təmas xəttində savaş gedir: “Şuşa şəhəri boşalır. Üzü Ağdərədən Şuşaya kimi hamı qaçır. Sosial şəbəkələrdə də gördük ki, 70-80 yaşlı adamlar orduya çağırılır. Bu onu göstərir ki, Ermənistanda gənclər qalmayıb, hamı qaçıb gedib. Amma ermənilər dayanmır. Yenidən azad etdiyimiz həmin əraziləri işğal etmək istəyirlər”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Leyli
    • Leyli
    • 5 Nisan 2016 15:37
    o geder calsinlar ki yenilmez ordumuzun onunde dura bilmezler
  2. allah bendesi
    arzunuz ureyinizde dag olub qalacaq bosaldin yaxshi edirsiz orduya geden yashlilarda tez zamanda qacmaga calishacaqlar nede olsa
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.