Müdafiə Nazirliyi məlumat yaydı - NAXÇIVANDA GƏRGİNLİK

06 Nisan 2016
2 002
3
Müdafiə Nazirliyi məlumat yaydı - NAXÇIVANDA GƏRGİNLİK
Müdafiə Nazirliyi məlumat yaydı - NAXÇIVANDA GƏRGİNLİK

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində bu rayonlardakı mövqelərimiz Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb.

Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub.

Ordubad rayonu istiqamətində yerləşən bölmələrimizin cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb.

Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Weher uWagi
    Bu mundarlar görəsən nə vaxt susacaq?
  2. Agaeva
    Allah sizi qoruson Azerbaycan əsgerleri qoruson ki o eclaflara her zaman qalib gelesiz
  3. allah bendesi
    terteri qoyub indide ordubada kecibler soyunuz qurusun sizin alcaqlar
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.