“Ermənilər bu dəqiqə də Goranboyu atəşə tuturlar” - İcra nümayəndəsi

07 Nisan 2016
1 262
1
“Ermənilər bu dəqiqə də Goranboyu atəşə tuturlar” - İcra nümayəndəsi
“Ermənilər bu dəqiqə də Goranboyu atəşə tuturlar” - İcra nümayəndəsi

Düşmən tərəfi atəşkəs razılaşmasını pozaraq dünən axşam saatlarından başlayaraq Goranboy rayonunun Tapqaraqoyunlu kəndini intensiv atəşə tutur.

Kəndin icra nümayəndəsi Abbas Allahverdiyev azvision.az-a bildirib ki, ermənilərin açdığı atəş nəticəsində yaşayış evlərinə ziyan dəyib.

“Tapqaraqoyunlu dünən axşam saatlarından başlayaraq erməni silahlıları tərəfindən atəşə məruz qalıb. Evlərə ziyan dəyib, sakinlər arasında xəsarət alan yoxdur. Hazırda ərazidə Fövqəladə Hallar Komissiyası araşdırma aparır, kəndə dəyən ziyan hesablanır.

Düşmən bu dəqiqələrdə də minomyotlarla atəş açır. Buna baxmayaraq sakinlər arasında panika, təşviş yaşanmır”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Weher uWagi
    Alçaqlar... Bizi özümüzdən çıxarslar, bütün Ermənistanı alarıq. Özləri də yaxşı bilir. Sadəcə rus dilində ifadə edəcəm fikrimi: "Уже достаточно прятаться под юбкой России"!!! Biz sadəcə öz halal torpağımız barədə düşünürük, vəssalam!
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.