Xankəndində güclü partlayış səsləri - Ermənilər sevinir - YENİ

08 Nisan 2016
1 298
2
Xankəndində güclü partlayış səsləri - Ermənilər sevinir - YENİ
Xankəndində güclü partlayış səsləri - Ermənilər sevinir - YENİ

Xankəndində partlayışlar və pulemyot səsləri: ermənilər sevinir?

FeaT.Az bildirir ki, Xankəndindəki partlayışların və pulemyot atəşlərinin səbəbini qondarma rejimin təmsilçilərindən izah edən yoxdur.

Ancaq "İnterfaks" agentliyinin şəhərdəki müxbiri xəbər verir ki, hazırda Dağlıq Qarabağın "paytaxtında" bayram əhval-ruhiyyəsi hökm sürür. Bunun səbəbi isə Azərbaycan ordusunun hərbi əməliyyatları dayandırması və danışıqlar prosesinin başladığını göstərən hadisələrin baş verməsidir. Agentlik bildirir ki, şəhərin müxtəlif hissələrində yaylım atəşləri açılır və fişənglər partladılır. İstisna deyil ki, həmsədrlərin görüşünü izləyən jurnalistlərin eşitdiyi partlayış səsləri də bu "bayram atəşfəşanlığı" olub.

Xankəndi erməniləri arasında hökm sürən bu əhval-ruhiyyə bir daha onu göstərir ki, işğalçılar Azərbaycan ordusunun hücum əməliyyatlarının başlamasından necə qorxuya düşmüşdü və indi hərbi əməliyyatların dayandırılmasını, həmsədrlərin yenidən məkik diplomatiyasına başlamasını sevinclə qeyd edirlər.

Xatırladaq ki, hərbi əməliyyatların dayandırılmasından əvvəl Azərbaycan müdafiə naziri Zakir Həsənov raket-artilleriya qoşunlarına Xankəndinə zərbələrin endirilməsinə hazır olmaq əmri vermişdi.

virtual.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    sevinciniz qursaginizda qalar inshALLAH hele qorxarsiz..onlar sulh yolu ile torpaqlari qaytarmayacaqlar emir verilmishdise gerek olaydi gec tez olacaq cunku bele getmez
  2. ALA GOZ
    of İN ŞA ALLAH YAXŞI OLAR.ERMƏNİLƏR ZƏİFDİLƏR SADƏCƏ ARXALARINDA DURAN RUSSYANİN PREZDENTİ PUTİNDİ YOXSA ÇOXDAN ALMIŞDIQ TORPAQLARIMIZI what
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.