Gözdən Əlillər Facebookda Fotoları “Görəcəklər”

09 Nisan 2016
1 077
0
Gözdən Əlillər Facebookda Fotoları “Görəcəklər”
Gözdən Əlillər Facebookda Fotoları “Görəcəklər”

Facebook görmə əngəlli insanların bu sosial şəbəkədən istifadəsini asanlaşdıran yeni texnologiya hazırlayıb.

"Automatic Alternative Text” adlanan sistemlə gözdən əlillər paylaşılan fotoların nə olduğunu biləcəklər. Yeni funksiya "obyekt tanıma” özəlliyi ilə fotonun nə olduğunu aşkarlayır və səsli bir şəkildə istifadəçiyə çatdırır.Şirkət hər gün sosial şəbəkədə 2 milyondan çox fotonun paylaşıldığını bildirir. Vizuallıq insanların ünsiyyətini daha ifadəli etsə də, gözdən əlillər bundan məhrumdurlar. Yeni texnologiya elə bu insanların başqaları kimi sosial şəbəkədən zövq almasını hədəfləyib.İndiyədək ekran oxuyucusundan yararlanaraq, yalnız fotonu kimin paylaşdığını bilən gözdən əlillər artıq fotonun nə olduğu barədə dolğun bilgi alacaqlar.Yenilik indi iOS platformalı cihazlar üçün ingilis dilində çatımlıdır.Facebook bildirir ki, funksiya tezliklə digər dillərdə və platformalarda da aktivləşdiriləcək.(publika.az)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.