Qarabağda şiddətli döyüşlər başlayıb - son xəbər!

26 Nisan 2016
1 731
2
Qarabağda şiddətli döyüşlər başlayıb - son xəbər!
Qarabağda şiddətli döyüşlər başlayıb - son xəbər!

Musavat.com yerli qaynaqlara əsasən xəbər verir ki, ermənilərlə təmas xəttində şiddətli döyüşlər başlayıb. İlkin məlumata görə, Azərbaycanın erməni işğalı altında olan bölgələrindən düşmən silahlıları mövqelərimizə və mülki əhalinin yaşadığı məntəqələrə atəş açır. Düşmənə layiqli cavab verilir. Tərtər-Ağdam istiqamətində hər iki tərəf ağır artilleriyadan istifadə etməklə, döyüş aparırlar.

Sosial şəbəkələrdə də bölgələrdə yaşayan tanınmış fəallar şiddətli atışmaların başlanması barədə statuslar yazırlar.

Döyüş saat 01 radələrində ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması ilə başlayıb, hazırda da davam edir. Hərbi toqquşma və itkilərlə bağlı hələlik məlumat yoxdur.

Musavat.com qeyd edir ki, bu gün Ermənistan prezidenti Sərkisyan sülh danışıqlarını dayandırdıqlarını bəyan etmişdi. O, demişdi ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə “istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    bu sarksyiani dasha qalaq etsen azdir..sherefsiz evvelden dayandirmaqla yalnish etdiler bunlarin adiliyini onsuzda bilirdik..
  2. Turkan_18
    Allah əsgərlərimizi qorusun Amin
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.