Cəbhədə düşmən hərbçiləri məhv edildi - ADLAR

26 Nisan 2016
1 125
1
Cəbhədə düşmən hərbçiləri məhv edildi - ADLAR
Cəbhədə düşmən hərbçiləri məhv edildi - ADLAR

26 aprel gecəsi Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərindən mövqelərimizi atəşə tutmasına silahlı qüvvələrimizin cavabı nəticəsində düşmən itki verib. Bunu Dağlıq Qarabağdakı separatçı rejim də təsdiqləyib.

Atışma zamanı 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyan məhv edilib.

Dağlıq Qarabağdakı xunta rejiminin “müdafiə nazirliyi” öldürülən hərbçilərin ailəsinə başsağlığı verib. Separatçı qurum öz açlıqlamasında iddia edib ki, Azərbaycan Ağdərə və Madaqis yaşayış məntəqələrini də atəşə tutub. Ancaq Azərbaycan Müdafiə Nazirliyi artıq düşmənin iddialarını rədd edərək onun gecə yarısından başlayaraq yaşayış məntəqələrimizi ağır silahlardan və mərmilərdən atəşə tutduğunu, baş verənlərə görə Ermənistanın məsuliyyət daşıdığını bəyan edib.

musavat.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    o 2 ,,200 olar inshALLAH ...olmurlere yene Azerbaycanin uzerine atirlar sizi bilen bilir onsuz ozunuzu tesbeh suya cekmeyin alcaqlar
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.