Cəbhə bölgəsindən ölü və yaralı xəbərləri gəlir - Tam Siyahı

28 Nisan 2016
1 938
2
Cəbhə bölgəsindən ölü və yaralı xəbərləri gəlir - Tam Siyahı
Cəbhə bölgəsindən ölü və yaralı xəbərləri gəlir - Tam Siyahı

Ermənistan ordusunun mövqelərimizi atəşə tutması nəticəsində cəbhənin Ağdam, Tərtər, Ağcabədi istiqamətində çox sayda yaşayış evinə külli miqdarda ziyan dəyib. Bununla yanaşı yerli sakinlərdən də xeyli sayda yaralanan və xəsarət alanlar var. Cebhe.info-nun bölgə müxbirinin verdiyi xəbərə görə yaralılar Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. FeaT.Az Cebhe.info-ya istinadən yaralıların siyahısını təqdim edir:
1. Abdullayev Anar Nizami oğlu, 1984-cü il təvəllüdlü, Ağdam rayonu Çəmənli kəndi. Kürəyindən qəlpə yarası alıb.
2. Qarayev Elgiz Elbrus oğlu, 1985-ci il təvəllüdlü, Ağdam rayonu Qaradağlı kəndi. Başından və dilindən qəlpə yarası alıb.
3. Məmmədov Elnur Polu oğlu, 1978-ci il təvəllüdlü, Ağdam rayonu Hacıməmmədli kəndi. Döş qəfəsindən qəlpə yarası.
4. Hüseynov Əli Museyib oğlu, 1949-cu il təvəllüdlü, Ağdam rayonu Çəmənli kəndi. Qarın boşluğundan qəlpə yarası.
5. Kərimov Sirdaş Şükür oğlu, 1959-cu il təvəllüdlü, Ağdam rayonu Çəmənli kəndi. Kürək nayihəsindən qəlpə yarası.
6. Rəhimov Zahid Vəliş oğlu, 1988-ci il təvəllüdlü, Ağdam rayonu Çəmənli kəndi. Kəllə-beyin travması alıb.
7. Məmmədov Adil Mustu oğlu, 1967-ci il təvəllüdlü, Ağdam rayonu Çəmənli kəndi. Ayaq nahiyəsindən qəlpə yarası alıb.
8. Qaraşova Şəbnəm Səyyaf qızı, 1996-cı il təvəllüdlü, Ağdam rayonu Çəmənli kəndi. Sol qıçından qəlpə yarası alıb.

Bir mülki şəxs isə top mərmisindən aldığı ağır xəsarət nəticəsində həyatını xilas etmək mümlün olmayıb və yerindəcə dünyasını dəyişib. Onun barəsində tam dəqiq məlunat verilməsə də Ağdam rayonunun Çəmənli kənd sakini Famil Mustafayev olduğu bildirilir. Məlumat dəqiqləşdirilir, əlavə informasiya veriləcək.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. 10—un ★–u
    Ermenilere lenet olsun. Allah rehmet etsin Azerbaycanli esgerlerimize
  2. allah bendesi
    ALLAH rehmet etsin,,yaralilarada ALLAH shefa versin...alem qarishdi yene ALLAH qorusun esgerlerimizi:(
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.