Ermənistanın işğalçı siyasətinə qarşı -"Mən Azərbaycanam" - VİDEO
Ermənistanın işğalçı siyasəti nəticəsində işğal olunmuş Azərbaycan əraziləri və müharibə nəticəsində həlak olan şəxslər barəsində "Mən Azərbaycanam" adlı sosial çarx hazırlanıb.
Azərbaycan və ingilis dilində hazırlanan sosial çarx "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı və Nail Naiboğlu, Zemfira Adıgözəlova və Elnurə Nağıyevanın müəllifliyi ilə ərsəyə gəlib. Sözügedən klipin təqdimat mərasimi keçirilib.
"Aprel ayının əvvəlindən cəbhə bölgəsində vəziyyətin gərginləşməsi nəticəsində onlarla hərbçi və mülki əhali həlak oldu. O cümlədən, ermənilərin açdığı atəş nəticəsində cəbhə bölgəsində yerləşən yaşayış evləri və inzibati binalar dağıdıldı. Biz işğala məruz qalmaqda davam edirik. Dünya birliyi səsimizi eşidənə qədər səsimizi çıxarmalıyıq",-deyə "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova bildirib.
Klipdə iştirak edən məşhur incəsənət nümayəndələri Ermənsitanın işğalçı siyasətini pisləyiblər.
"Mən Anayam. Qarabağıma dayağam. Ölsəm də buraxmaram qollarımdan". Bu sözləri sözügedən klipdə M.Əsədova səsləndirib.