Azərbaycana hərbi yardıma hazır olan Pakistanla tərəfdaşlığın ŞOK SƏBƏBİ

02 Mayıs 2016
1 524
2
Azərbaycana hərbi yardıma hazır olan Pakistanla tərəfdaşlığın ŞOK SƏBƏBİ
Azərbaycana hərbi yardıma hazır olan Pakistanla tərəfdaşlığın ŞOK SƏBƏBİ

Azərbaycanla Pakistan arasında mövcud olan strateji dostluq münasibətlərinin əsl səbəbini bilən varmı? Yəqin ki, Azərbaycanda bu sualı kimə versək, ilk növbədə Pakistanın müsəlman ölkəsi olmasını əsas gətirəcək. Yaxud ən böyük müsəlman dövlətlərdən biri olan Pakistanın Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatında birlikdə yer almasını səbəb kimi düşünənlər olacaq. Xatırladaq ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Ona görə də bir çox insanlar Azərbaycan-Pakistan tərəfdaşlığının 1991-ci ildən sonra, yəni müstəqillik dövründə formalaşdığını düşünür. Cebhe.info Facebook sosial şəbəkəsində yayılmış bir faktı oxucuların diqqətinə çatdırır. Bu məlumat Azərbaycan-Pakistan strateji dostluğunun tarixi kökləri ilə bağlı əksər insanların bilmədiyi məqamlara aydınlıq gətirir. Məlum olub ki, həmin əlaqələrinin daha dərin tarixi bağları var. Bu əlaqələrin əsasının qoyulması Azərbaycan xalqının böyük oğlu, tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Belə ki, dahi şəxsiyyətin Pakistan xalqına etdiyi yaxşılıq iki ölkə və xalq arasında qardaşlıq münasibəti yaradıb. Belə ki, XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya yayılıb. İnsanlar bu ağır xəstəlikdən kutləvi şəkildə dünyasını dəyiışirdi. Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edirlər. Beləliklə, Pakistanda 1940-ci illərdən bu yana doğulmuş şəxslərin hamısı Azərbaycanı özlərinə doğma ölkə kimi tanıyır. Ona görə də bu gün də 200 milyonluq Pakistan xaqlı və dövləti Hacı Zeynalabdin Tagıyevin ruhuna dualar oxuyur. Qeyd edək ki, Pakistan indiyə qədər Ermənistanı suveren dövlət kimi tanımır və Dağlıq Qarabağ probleminə münasibətdə Azərbaycanı dəstəkləyir. Hətta aprel ayının əvvəlində cəbhədə ağır döyüşlər gedən zaman mediada Pakistanın 100 minlik ordusunun döyüş vəziyyətinə gətirildiyi barədə məlumat da yayılmışdı. Qeyd edək ki, indi də Azərbaycan tərəfdən xeyriyyəçilik ənənələri qorunub saxlanılır. Heydər Əliyev Fondunun xəttilə Pakistanda zəlzələdən zərərçəkmiş məktəblər təmir edilib və bir sıra humanitar aksiya həyata keçirilib. Hazırda da dərin tarixi olan dostluq münasibətləri yüksək səviyyədə davam etdirilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    heqiqetende halal olsun ne gozel xeyr ish gorub onun bu xeyr emelini deyerlendiribler tarixe saliblar...ilk defedirki oxuyuram sebebini indi bildim..cox sag olun melumatlandirdiginiz ucun ellerinize sagliq
  2. Weher uWagi
    Halal olsun bu ölkəyə ki, edilən yaxşılığı unutmayıb. Allah təala xeyirxah milyonçumuza rəhmət eləsin. Gözəl məlumat idi, təşəkkürlər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.