MN Azərbaycan Ordusunun 8-9 may ərəfəsində hücuma keçəcəyi barədə yayılan məlumatlara münasibət bildirib

06 Mayıs 2016
1 399
0
MN Azərbaycan Ordusunun 8-9 may ərəfəsində hücuma keçəcəyi barədə yayılan məlumatlara münasibət bildirib
MN Azərbaycan Ordusunun 8-9 may ərəfəsində hücuma keçəcəyi barədə yayılan məlumatlara münasibət bildirib

Müdafiə Nazirliyi Ermənistan kriminal hərbi-siyasi rejiminin gündəmə gətirdiyi guya Azərbaycan Silahlı Qüvvələrinin 8-9 may ərəfəsində hücuma keçəcəyi barədə məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən İnterAz-a verilən məlumata görə, Ermənistan tərəfi BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına və qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrə əməl etməyəcəyi təqdirdə bunun baş verməsi labüddür və qaçılmzadır:

"Ermənilər hər gün, hər an, hər saat Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün tam təmin olunması istiqamətində addımlar atacağını gözləməlidirlər. Məşhur bir kəlamda deyildiyi kimi "Ölümü gözləmək ölümün özündən daha dəhşətlidir". Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı düşməndən azad etməyə qadirdir və tam hazırdır. Ermənilər ölmək, hər gün ölümü gözləyərək səksəkə, qorxu içində yaşamaq istəmirlərsə, Azərbaycan torpaqlarını tərk etməli, işğalçılığa son qoymalıdırlar".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.