10.05.2016 Sabaha Olan Hava Proqnozu

09 Mayıs 2016
1 585
0
10.05.2016 Sabaha Olan Hava Proqnozu
10.05.2016 Sabaha Olan Hava Proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14 , gündüz 20-25, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Mayın 10-da Azərbaycanın rayonlarında əsasən yağmursuz, səhər bəzi yerlərdə duma olacağı gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 10-15 , gündüz 23-28 , dağlarda gecə 4-9 , gündüz 14-19 dərəcə isti olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.