Tələbə olmaq istəyənlərin NƏZƏRİNƏ

14 Mayıs 2016
1 384
0
Tələbə olmaq istəyənlərin NƏZƏRİNƏ
Tələbə olmaq istəyənlərin NƏZƏRİNƏ

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 15-də 2016/2017‑ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

FeaT.Az bildirir ki, TQDK-dan verilən məlumata görə, imtahan 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 27 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 11.00-da başlanacaq və 3 saat davam edəcək.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər nəticələr barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

İmtahanda 14495 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 6859 abituriyent II qrup üzrə, 7636 abituriyent III qrup üzrə imtahan verəcək.

azvision.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.