Eurovision-da Azerbaycan hansı ölkələrə səs verib? – SİYAHI

15 Mayıs 2016
1 642
0
Eurovision-da Azerbaycan hansı ölkələrə səs verib? – SİYAHI
Eurovision-da Azerbaycan hansı ölkələrə səs verib? – SİYAHI

Eurovision 2016 mahnı müsabiqəsində Azərbaycan ən çox balı Rusiyaya verib. FeaT.Az-ın məlumatına görə, Azərbaycan tamaşaçıları və juriləri öz səslərini aşağıda göstərilən kimi veriblər.

Rusiya – 12 xal

Ukrayna – 10 xal

Bolqariya – 8 xal

Macarıstan – 7 xal

İsrail – 6 xal

Malta – 5 xal

Fransa – 4 xal

Polşa – 3

Avstriya – 2

Gürcüstan – 1 xal

Bu il yarışmada Səmranın “Miracle” mahnısı ilə təmsil olunan Azərbaycana ən yüksək, yəni 12 xal verən olmayıb. Bolqarıstan və Ukrayna ölkəmizə 10, Belorus və Moldova isə 8 xal verib. Azərbaycan bu il müsabiqədə 17-ci yeri tutub.
Qeyd edək ki, Ukraynanı təmsil edən müğənni Camala peşəkar juri və tamaşaçıların verdiyi səs sayına görə müsabiqənin qalibi olub. Jurinin səs verməsi nəticəsində o 2-ci yerə çıxıb, tamaşaçıların verdiyi səs isə nəticədə onu müsabiqənin birincisi edib.
İkinci yeri Avstriya təmsilçisi Demi İm tutub. O juri səsverməsinin lideri olub, lakin tamaşaçıların səsverməsi ölkəni birinci yerdə saxlaya bilməyib.
Üçüncü yerdə qərarlaşan Rusiya təmsilçisi Sergey Lazarev peşəkar juri tərəfindən 5-ci yerə layiq görülüb. Daha yüksək nəticə əldə etməyə isə ona tamaşaçı səsi kömək edib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.