Bu dəfə müharibə qaçınılmaz olacaq... -XƏBƏRDARLIQ

16 Mayıs 2016
1 428
0
 Bu dəfə müharibə qaçınılmaz olacaq... -XƏBƏRDARLIQ
 Bu dəfə müharibə qaçınılmaz olacaq... -XƏBƏRDARLIQ

Bu gün Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçiriləcək.

Görüşdə Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri də iştirak edəcək. Bundan əlavə ABŞ Dövlət Departamentinin dövlət katibi Con Kerrinin də prezidentlərlə görüşəcəyi bildirilib.

Prezidentlərin görüşü barədə politoloq Qabil Hüseynli Ölkə.Az-a danışıb:

"Qəribə burasıdır ki, görüşə Ermənistan fərqli bir ideologiya, fərqli bir siyasi istəklə gedir. Erməni tərəfi görüşdən qabaq bəyan edib ki, onların məqsədi görüş zamanı təmas xəttində atəşkəs rejiminə nəzarət mexanizminin işlənib hazırlanması və mütəmadi olaraq bununla bağlı monitorinqlər keçirib, bunları müzakirə etməkdir.

Azərbaycan isə tamamilə fərqli bir niyyətlə görüşə gedir. Azərbaycan torpaqları işğal edilib, ərazimizin 20%-i düşmən tapdağındadır. Azərbaycan tərəfi belə güman edir ki, son əməliyyatlardan sonra yeni bir reallıq yaranıb. Söhbət Azərbaycan ordusunun işğal altındakı ərazilərini azad etmək gücündə olması reallığından gedir. Bu reallıq tamamilə yeni bir vəziyyət diqtə edir. Bu vəziyyətin əsas cəhəti ondan ibarətdir ki, heç kim bizə "məğlub ölkəsiniz, tədqim edilən həll variantlarını qəbul etməkdən başqa çıxış yolunuz yoxdur" kimi ifadələrlə müraciət edə bilməz. Azərbaycan indi əksinə öz şərtlərini diqtə edən tərəf kimi tanınmaq məcburiyyətindədir. Görüşdə təkliflər məhz Azərbaycan tərəfinin irəli sürdüyü formada qəbul edilməyəcəksə və görüşün müzakirələri fərqli bir məcrada gedəcəksə, o zaman görüşün heç bir nəticəsi olmayacaq.

Azərbaycan üçün unikal bir şans əmələ gəlib, çünki biz bu görüşdən həm Minsk qrupunun həmsədrlərinin, həm də onları təmsil edən dövlətlərin xarici işlər nazirlərinin iştirakı ilə bölgədəki reallıqları geniş müzakirə etmək və vəziyyətdən çıxış yolunu və eyni zamanda sülh yaratma prosesinin prespektivlərini müzakirə etmək şansı əldə edərik. Tərəflər buna gələcəklərsə, görüş alınacaq, əgər fərqli fikirlər səslənəcəksə, görüş alınmayacaq. Fərqli fikirləri ABŞ və ABŞ-ın diqtəsi ilə Fransadan gözləmirəm. Sülhyaratma prosesinin, böyük sülh sazişinin real prespektivlərini müəyyən etmək üçün şans yaranıb. Prezidentlər, aparıcı dövlətlərin xarici işlər nazirləri və həmsədrlər oradadır. Çox yaxşı bir məqam yetişib. Əgər bu məqam əldən çıxsa, bölgədə müharibənin qarşısını almaq mümkün olmayacaq. Yəqin ki, bunu hər kəs başa düşür. Hər halda Vyanada məhsuldar bir görüş baş tuta bilər. Ermənistan tərəfinin pozuculuq fəaliyəti yenə davam edəcəksə, beynəlxalq aləmdə, dünya ictimaiyyətində vəziyyət Azərbaycanın xeyrinə kəskin dəyişəcək".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.