İlham Əliyev və Sarkisyan arasında görüşün nəticəsi

17 Mayıs 2016
1 312
0
İlham Əliyev və Sarkisyan arasında görüşün nəticəsi
ATƏT-in Minsk qrupu danışıqların yekun bəyanatın təqdim etdi

İlham Əliyev və Sarkisyan arasında görüşün nəticəsi

ATƏT-in Minsk qrupu danışıqların yekun bəyanatın təqdim etdi

Bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz. Feat.Az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, həmsədrlər tərəfləri 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs rejiminə dair razılaşmaya riayət etməyə çağırırlar.

Sənəddə deyilir ki, "Prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər. Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud rəhbərliyin səlahiyyətlərini genişləndirməsi barədə razılığa gəliblər”.

Tərəflər həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçıliyi ilə itkin düşmüş şəxslər barəsində məlumatların mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistan respublikası rəhbəri Serj Sarkisyan münaqişənin hərtərəfli nizamlanmasına dair dialoqun bərpası üçün danışıqların növbəti raundu barədə razılığa gəliblər. İyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların yerini və vaxtını təyin edəcəklər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.