İlham Əliyev Qarabağ nümayəndəsini danışıqlar masasına buraxmadı

18 Mayıs 2016
1 119
0
İlham Əliyev Qarabağ nümayəndəsini danışıqlar masasına buraxmadı
İlham Əliyev Qarabağ nümayəndəsini danışıqlar masasına buraxmadı

Azərbaycan Prezidenti şərt qoyub.

Dağlıq Qarabağda yaradılan separatçı rejimin nümayəndəsi iki gün bundan öncə Vyanda baş tutan görüşdə iştirak etməyib, çünki Azərbaycan tərəfi bunu istəməyib.

FeaT.Az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə görüşdə Ermənistanın iqtidar partiyasının deputatı Artak Davtyan bildirib.

Deputat qeyd edib ki, erməni tərəfi Qarabağın danışıqlar tərəfinin olmasını istəyir. Amma Azərbaycan Prezidenti İlham Əliyevin qoyduğu şərtə görə, separatçıların nümayəndəsi danışıqlarda iştirak etməyib.

Davtyanın sözlərinə görə, Vyanada görüşün baş tutması üçün Bakının fikirini nəzərə almaq lazım idi.

“Əgər Bakının fikiri nəzərə alınmasaydı, görüş baş tutmayacaqdı, bu barədə əvvəlcədən bildirilmişdi”, - Davtyan bəyan edib.

oxu.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.